Azərbaycan Ordusunun nümayəndələri Bolqarıstanda təlimdə iştirak edib

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun “Qətiyyətli Güc-2025” (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə Azərbaycanı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib. Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə zabitlərimiz tapşırıqların öhdəsindən məharətlə gəlib. Təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır. Komanda-qərargah təliminin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Daha çox

Azərbaycan ADB ilə təbii qaz layihələri üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə təbii qaz layihələri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir bildirib ki, o, ADB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yingming Yang ilə məhsuldar görüş keçirib. “Xəzər dənizində istehsal olunacaq külək enerjisinin ölkənin enerji sisteminə ötürülməsi və ixraca yönəldilməsi məqsədilə sahilboyu infrastrukturun yaradılması, Yaşıl Enerji Dəhlizlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik”, – deyə P. Şahbazov bildirib.

Daha çox

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejiminə keçəcək

Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Daha çox

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir

Qvineya-Bisau Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında keçirilən görüşdə bildirilib. Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb. Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik…

Daha çox

“Dövlət idarəçiliyində elm, bilik, savad və dərin təcrübə mütləqdir”

“1993-cü ilin 4 iyununda, həm də 1994-cü ilin 3-4 oktyabr hadisələrində Sürət Hüseynovun rəhbərlik etdiyi dəstələr hakimiyyətə tabe olmayaraq qiyam qaldırmışdılar. Məhz 1993-cü ildə hakimiyyət səriştəsizlik göstərmişdi, vahid komandanlıq yox idi, silahlı birləşmələr ayrı-ayrı dəstələrin nəzarətində idi. Daha sonra ölkə rəhbərliyi qətiyyətli addımlar atmadı, ilkin dövrdə xalqa müraciət olunmadı, Gəncəyə gedib yerindəcə problem həll edilmədi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bir çox səhvlər buraxıldı. Bu səhvlər də təcrübəsizlikdən irəli gəlirdi. Dövlət və xalq inanmışdı ki, onlar dövlət quruculuğu ilə məşğul olacaqlar, səhvlərdən nəticə…

Daha çox

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi hazırlanıb

Milli Məclisə “Qaz təchizatı haqqında” yeni qanun layihəsi daxil olub. SİA xəbər verir ki, bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. O qeyd edib ki, bu sənədin, eləcə də digər qanunların qəbulu bu sahənin inkişafına gətirib çıxarır. Xatırladaq ki, hazırda qüvvədə olan “Qaz təchizatı haqqında” qanun 1998-ci ildə qəbul olunub.

Daha çox

“Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir”

“Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi Qələbə əldə etməklə uzun illər işğal altında olan torpaqlarını azad etdi. Bu möhtəşəm zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcı oldu. Böyük Qayıdış dedikdə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və oraya insanların mərhələli şəkildə geri köçürülməsi nəzərdə tutulur. Bu, ölkənin gələcək inkişafı üçün son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir prosesdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda dövlət bu istiqamətdə çoxşaxəli və ardıcıl fəaliyyət…

Daha çox

“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib

“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu Əsasnamə “Bələdiyyələrlə iş” informasiya sisteminin (BİİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. BİİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, BİİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir. BİİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirəcək.

Daha çox

Azərbaycanda yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə dair texniki reqlament hazırlanıb

Azərbaycanda “Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblər” haqqında texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Bu texniki reqlament yanğınsöndürmə vasitələrinin istehsal, istifadə, saxlama, daşınma (nəqletmə) proseslərinə dair zəruri tələbləri müəyyən edir. Bu texniki reqlament insanların həyatını və (və ya) sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaq məqsədi ilə qəbul edilib.

Daha çox

İş və istirahət günlərinin yerləri dəyişdirilib

İş və istirahət günlərinin yerləri dəyişdirilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib. Bununla da ardıcıl dörd gün – iyunun 26-sı, 27-si, 28- və 29-u qeyri-iş günləri olacaq.

Daha çox