“Makroiqtisadi kontekstdə deflyasiya ilə mübarizə aparılarkən ilk növbədə onun yaranma səbəbləri müəyyən edilir və bu səbəblər əsasında uyğun iqtisadi-siyasət alətləri tətbiq olunur. Əgər deflyasiyanın əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və ya ümumi istehlak tələbinin aşağı səviyyədə olması ilə əlaqədardırsa, bu halda ekspansiv fiskal siyasət müvafiq cavab tədbiri kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, belə siyasətin həyata keçirilməsi zamanı xüsusilə sosial xarakterli dövlət xərclərinin artırılması prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilir: “Tədqiqatlar göstərir ki, sosial xərclərin artırılması istehlak bazarına daha əhəmiyyətli…
Daha çoxDay: June 4, 2025
“Ağıllı alıcı” ideyası və marketinq manipulyasiyası
“Ağıllı alıcı” ideyasının elementləri çox geniş və çoxşaxəli spektra malikdir. Nə qədər intellektiniz dərindirsə və nə qədər iradəyə sahibsinizsə siz bir o qədər dərin ağıla malik alıcı ola bilərdiniz. Ağıllı alıcı olmaq isə insana həmişə qazandırır, ona daha çox mənfəət və divident gətirir. Bəzəkli qablaşdırmalar, süni dadlar, məhsullara gözəl görkəm verən maddələr və materiallar əslində elə bizim “ağlımızı əlimizdən alan” marketinq manipulyasiyasıdır. Çünki bu əlamətlər bizi daha çox xərcləməyə vadar edir. Onlar bizi aldatmaq istəyir, biz isə hisslərimizin toruna düşərək aldanırıq. Məsələn, 5 manata olan gözəl qablaşdırılmış “kərə yağı” sizi…
Daha çoxSahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri, dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladıb. O bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür. Spikerin fikrincə, bu Zirvə görüşündə qəbul edilmiş…
Daha çoxAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəyirmi masa keçirib
Bu gün “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə əvvəlcə “Uşaqların internet təhlükəsizliyi” mövzusunda sosial çarx nümayiş olunub. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva açıq elan edib. Daha sonra BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov çıxışında bildirib ki, Azərbaycanda süni intellektlə bağlı uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir: “Fransa, Böyük…
Daha çoxDekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib
Azərbaycanın paytaxtında keçirilən “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib. SİA Bəyanatı təqdim edir: “Biz, 2025-ci il iyunun 3-də Bakıda keçirilmiş “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransında iştirak edən alim və akademiklər olaraq, insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyimizi elmi təşəbbüs və yanaşmalarımız vasitəsilə bir daha bəyan edirik. Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və…
Daha çox“Yağıntılar bəzi yerlərdə leysan xarakterlidir”
“Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir”. Bu barədə SİA-ya Hidrometeoroloji Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, yağıntılar bəzi yerlərdə leysan xarakterlidir: “Düşən yağıntının miqdarı Quba-Qusar zonasında 31, Daşkəsən, Gədəbəy və Mərkəzi Aran rayonlarında 20, Lənkəran-Astara zonasında 17, əksər rayonlarda isə 9 millimetrə qədər qeydə alınıb. Bakıda və Abşeron yarımadasında isə yağıntının miqdarı 1 millimetr təşkil edir. Şahdağda qar yağması müşahidə olunub. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfa şəhərində 23, Bakıda və Abşeron yarımadasında 20, Naxçıvanda isə 16 metr saniyəyə çatır. Xəzər…
Daha çoxŞahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, vətəndaş qəbulu iyunun 12-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 21) baş tutacaq. Qəbul zamanı Qəbələ, Şəki, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Daha çoxQlobal ticarət müharibəsi gerçəkləşir
ABŞ prezidenti Donald Tramp iyunun 4-dən etibarən alüminium və poladın mart ayında tətbiq etdiyi rüsumları ikiqat artırmağa dair sərəncam verib. Bu, Avropa İttifaqına xüsusilə ağır zərbə vuracaq, burada artıq cavab tədbirləri haqqında danışırlar. Eyni tarixə qədər Ağ Ev administrasiyası ticarət rüsumlarının tətbiq olunduğu onlarla ölkədən Amerika məhsullarının idxalına kvota və dərəcələrlə bağlı təkliflərini təqdim etməyi tələb edir. Vəziyyəti həll etmək mümkün olmasa, ABŞ-ın hərəkətləri ilə təhrik edilən tammiqyaslı qlobal ticarət müharibəsi haqqında danışmağın vaxtı çatacaq. Tramp, demək olar ki, sözü ilə hərəkətləri ilə fərqlənməyən siyasətçilərdən deyil. Və yenə də, bir…
Daha çoxRusiya ordusu Kondratovkanı ələ keçirdi
Rusiya qoşunları Sumı vilayətinin Kondratovka kəndini ələ keçirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Qeyd edilir ki, əməliyyat “Sever” bölməsinin döyüşçüləri tərəfindən həyata keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları həmçinin iki mexanikləşdirilmiş, tank, hava hücumu, gözətçi briqadası, bir sahil müdafiə briqadası, bir desant hücumu, Ukrayna Silahlı Qüvvələrinin (AFU) iki hücum alayının canlı qüvvəsi və texnikasının konsentrasiyasını məhv edib. Bundan əvvəl məlum olub ki, rus qoşunları Donetskin Staraya Nikolaevka kəndinə nəzarəti ələ keçirib. Eyni zamanda, Tixonovka, Reznikovka, Zvanovka, Seversk, Qriqorovka, Serebryanka, Konstantinovka, Katerinovka və Markovo…
Daha çoxQurban niyə kəsilir?
İlahiyyatçı, publisist Hacı Rahim İsmayılovun SİA-ya müsahibəsini təqdim edirik: – Qurbanı niyə kəsirik? – İslamda qurban ibadətinin hökmü fərqli durumlara görə dəyişir. Əsasən iki qrup insana aiddir: 1. Həcc ziyarətinə gedənlər üçün qurban kəsmək vacibdir. Həcc əməlləri tamamlandıqdan, yəni Zilhiccə ayının 10-da “təqsir” (baş tükünü kəsmə) əməli yerinə yetirildikdən sonra qurban kəsilir. Bu, Həcc ziyarətinin bir hissəsidir və imkanı olanlar üçün vacibdir. İmkanı olmayanlar isə üç gün Həccdə, yeddi gün evlərinə qayıtdıqdan sonra olmaqla ümumilikdə on gün oruc tutmaqla bu vacib əməldən azad olurlar. 2. Həccə getməyən müsəlmanlar üçün qurban…
Daha çox