Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq tədbirlərini davam etdirir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndidə keçirilən növbəti əmək yarmarkasında Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerlərinə dair vakansiyalar təqdim olunub. Yarmarkada iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Daha çoxDay: June 4, 2025
Bastrıkin terror aktları sifarişçisinin adlarını çəkir
…Bryansk və Kursk vilayətlərində dəmir yolunda üç terror aktı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb. SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinin hökumət üzvləri ilə görüşündə deyib. Rusiya İstintaq Komitəsinin sədrinin sözlərinə görə, bunu istintaqın topladığı sübutlar göstərir. Bütün ifaçılar və təşkilatçılar müəyyən edilib. Bastrıkin həmçinin bəyan edib ki, Bryansk vilayətində törədilən terror aktı üçün bomba xaricdə istehsal olunan partlayıcılarla təchiz edilib və istifadə edilən idarəetmə bloku Ukraynadır. Xatırladaq ki, mayın 31-dən iyunun 1-nə keçən gecə Bryansk və Kursk vilayətlərində…
Daha çoxSel suları Ordubadın Tivi kəndinin yolunu yararsız vəziyyətə salıb
Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib. SİA-nın məlumatına görə, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək, yolu yararsız hala salıb. Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb. Agentliyin əməkdaşları əraziyə cəlb olunublar. Qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib. Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.
Daha çoxNATO Trampı Zelenskiyə görə qəzəbləndirməmək qərarına gəlib..?
…Şimali Atlantika Alyansının Haaqa sammitinin təşkilatçıları Amerika lideri Donald Trampı qəzəbləndirməmək üçün Ukrayna prezidenti Vladimir Zelenskinin mümkün iştirakı barədə danışmırlar. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, plenar iclasda yalnız müttəfiqlər iştirak edəcək. …Zelenskinin mövcudluğu ilə bağlı aydınlığın olmaması Trampın əsəbiləşməsinin qarşısını almaq üçün bir vasitədir. Bunlar məqalədə deyilir. NATO sammitinin iyunun 24-25-də Haaqada keçiriləcəyi dəqiqləşib. Bundan əvvəl məlum olub ki, NATO-nun baş katibi Mark Rutte Ukraynanı alyans sammitinə dəvət edib. O, Zelenskinin şəxsən dəvət olunub-olunmadığını dəqiqləşdirməyib və əlavə…
Daha çoxXankəndidə əmək yarmarkası keçirilib
Xankəndidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası baş tutub. Bu barədə SİA-ya ƏƏSMN-dən məlumat verilib. Yarmarkada Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyalar təqdim olunub. Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Daha çoxUniversitet həyatı tələbələrin yaddaşında necə iz qoyub?
Universitet həyatı hər bir gəncin həyatında iz buraxan, onu həm elmi, həm də insani cəhətdən formalaşdıran önəmli bir dövrdür. Bəziləri üçün bu illər sadəcə diplom əldə etmək üçün bir vasitədirsə, digərləri üçün öyrənmək, inkişaf etmək və özünü kəşf etmək yolunda atılan mühüm addımdır. Bəs məzunlar bu illəri necə xatırlayır? Universitet həyatı onların yaddaşında necə iz qoyub? SİA məzunlar arasında sorğu keçirib. Tələbə Nahid Ağayev: “Universitet həyatı mənim yaddaşımda çox maraqlı və dəyərli xatirələrlə qaldı. Təhsil aldığım sahə üzrə qazandığım bilik, bacarıq və nailiyyətlərlə yanaşı, bu illər ərzində yeni insanlarla tanış…
Daha çox“Putin səmərəsiz mübarizə aparır..?”
Z-təbliğatçıları narazılıq edirlər… …Solovyovun kanalında Z-təbliğatçıları şikayət edirlər ki, Ukrayna Rusiyaya zərbə endirmək üçün sözün əsl mənasında zirzəmilərində hazırladığı ucuz dronlardan istifadə edir. Rusiya isə öz növbəsində 15 milyon dollar dəyərində bahalı raketlər xərcləyir və onlardan istifadə heç bir nəticə vermir. İctimai mazoxizmin bir növ sonsuz sessiyası… Hamı Ukraynanın hücumlarından gileylənir, Putinin səmərəsiz mübarizə aparmasından gileylənir, amma yenə də axmaqcasına başlarını bu divara çırpmaqda davam edirlər. …Bütün bunlar bizə niyə lazımdır, cəhənnəmə ümumiyyətlə müharibə lazımdır, niyə biz Ukraynanı tək qoyub, onsuz da bizə nifrət edən və dostluğu…
Daha çoxSabahdan bəzi rayonlarda leysan olacaq
Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Daha çoxSuriyadan 13 azərbaycanlı ölkəyə gətirilib
Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasının getmiş 13 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış…
Daha çoxRamin Məmmədov Astarada vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonunda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Qəbul zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı və rotasiyası, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər. Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib,…
Daha çox