Şimal və Baltik dövlətləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İyunun 4-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev regiona səfərləri çərçivəsində Şimal və Baltik dövlətləri (İsveç, Finlandiya, Norveç, Danimarka, Estoniya, Latviya və Litva) xarici işlər nazirliklərinin siyasi direktorlarından ibarət nümayəndə heyəti ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Şimal və Baltik dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Görüşdə, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq müxtəlif istiqamətlər, o cümlədən enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, kommunikasiyalar,…

Daha çox

Sahibkarlar kənd təsərrüfatı sahəsində inkişafın lokomotividir

Kənd təsərrüfatı ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əsas prioritet sahələrdəndir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev NDU-da keçirilən “Orqanik və dayanıqlı kənd təsərrüfatı: ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I respublika elmi konfransında çıxışı zamanı bildirib. “2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun əhəmiyyətli hissəsi özəl sektorun payına düşüb və sahibkarlar iqtisadi inkişafın lokomotivi kimi çıxış edirlər. Kənd təsərrüfatı sahəsində də kiçik və orta sahibkarlığın rolu önəmlidir”, – deyə Kazım Hüseynəliyev vurğulayıb.

Daha çox

Seneqal nümayəndələri “ASAN xidmət” təcrübəsini yerində öyrənirlər

Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkında və Şəhidlər xiyabanında olublar. Onlar ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirəsini ehtiramla yad ediblər. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar “ASAN xidmət” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən…

Daha çox

Demokratik siyasi mədəniyyət nümunəsi

Dünyanın ən mülayim sosial-mədəni davranış formalarından biri mehribançılıqdır. Mehriban münasibətlər sadəcə “növbətçi” etiketin, qarşılıqlı dözümlüyün və tolerantlığın təzahürü deyil, o, eyni zamanda hörmətin, habelə tərəf müqabilinin özünə layiq və bərabər hüquqlu şəxs kimi qəbul edilməsinin əlamətidir. Əlbəttə ki, sosial münasibətlər müstəvisində mehribançılıq şübhə və qalmaqallardan qaçmaq, habelə ictimai konsensusa nail olmaq üçün ən ideal mühit də sayıla bilər. Mehribançılıq konkret cəmiyyətdə yumşaq və komfort mühiti yaradan önəmli amillərdəndir. Beləliklə, ailələrdə sağlam münasibətləri qoruyan mehribançılıq cəmiyyət müstəvisində də etibarlı münasibətlərin zaminidir. Odur ki, mehriban mühit sosial xoşbəxtliyin əlamətlərindəndir. Konkret cəmiyyətdə mehriban…

Daha çox

Naxçıvanda sənət adamları ilə görüş keçirilib

İyunun 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada fəaliyyət göstərən sənət adamları ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fuad Nəcəfli memar Əcəminin yurdu olan qədim Naxçıvanda tarixboyu görkəmli incəsənət nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyini bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan sənətkarlıq məktəbinin izlərinə dünyanın bir çox yerlərində rast gəlinir. Qədim ənənələrə əsaslanan və yüksək estetik dəyərlərə malik zəngin sənət nümunələri ilə seçilən bu nadir irs yaşadılmalı və dünya miqyasında tanıdılmalıdır. Səlahiyyətli nümayəndə görüş iştirakçılarının hər…

Daha çox

Bakı Enerji Forumu öz işini tamamlayıb…

Bu gün Bakı Enerji Forumunun 2-ci günü başa çatıb. Bununla da ikigünlük 30-cu “Baku Energy Forum”u başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, builki forum enerji sektorunun aktual çağırış, imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilib. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol”, “Kjell A.Nordström ilə xüsusi sessiya beynəlxalq biznes və ultramüasir şirkətlərin gələcək ssenariləri”, “Enerjidə rəqəmsallaşma: məlumat və texnologiyanın gücü”, “Qaz bazarı – istehsalçı, nəqliyyatçı və istehlakçılar üçün yeni struktur”, “Neft və qaz kəmərləri – etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin…

Daha çox

Britaniyada “Tesla”nın satışlarında 45 faizdən çox azalma qeydə alınıb

ABŞ-ın məşhur elektrik avtomobil istehsalçısı “Tesla”nın Böyük Britaniyada yeni avtomobil satışları ötən ilin may ayı ilə müqayisədə 45 faizdən çox azalıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “New AutoMotive” tədqiqat qrupunun ilkin məlumatlarında bildirilib. Rəqəmlərə əsasən, “Tesla” 2024-cü ilin may ayında Britaniyada cəmi 1 758 avtomobil satıb, halbuki bu göstərici ötən ilin eyni dövründə 3 244 ədəd idi. Şirkətin bazar payını itirməsinin əsas səbəblərindən biri kimi CEO İlon Maskın Avropada sağçı siyasi mövqelərə dəstəyi göstərilir. Bununla belə, “Tesla” 2025-ci ilin əvvəlindən bu günədək Britaniyada ən çox satılan…

Daha çox

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi təşkil edillib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı Marionet Teatrı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi təşkil edilib. SİA xəbər verir ki, tədbirin məqsədi həssas kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdən ibarətdir. Tədbir çərçivəsində Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar “Qız qalası” təsvirini canlandırıb, marionet sənəti ilə tanış olub və öz fantaziyalarına uyğun rəsmlər çəkiblər.

Daha çox

Mərkəzi Gömrük Hospitalında praktiki təlim keçirilib…

…ilkin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı İyunun 4-də Mərkəzi Gömrük Hospitalında inzibati və tibbi heyət üçün fövqəlada hallar zamanı ilkin yanğın təhlükəsizliyi qaydaları və pasiyentlərin təxliyyəsi ilə bağlı praktiki təlim keçirilib. Təlimdə Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrinin əməkdaşları, tibb işçiləri, həkim rezidentlər və texniki işçilər iştirak ediblər. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunmasının təkcə maddi zərərlərin qarşısının alınması baxımından deyil, həm də pasiyentlərin sağlamlığı və həyatı üçün vacib olduğunu…

Daha çox