…Ukrayna təkcə Rusiya üçün deyil,..ümumiyyətlə müharibə qaydalarını dəyişdirə biləcək bir hücum həyata keçirdi.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Business Insider” yazır ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyadakı dörd hərbi aerodromuna zərbə endirmək üçün tətbiq etdiyi yeni yanaşma pilotsuz təyyarələrin hücumu taktikasını yeni səviyyəyə qaldırıb. Kornell Texnologiya Siyasəti İnstitutunun direktoru Ceyms Patton Rodjers, “…Bu hücum gələcək müharibəyə bir pəncərədir”,-deyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, ukraynalı əməliyyatçılar Rusiyaya kvadrokopterlər keçiriblər – pilotsuz təyyarələr evləri imitasiya edən taxta konstruksiyalarda gizlədilib.
Bu formada onlar aerodromlara – Belaya, Dyagilevo, Olenya və İvanovoya mümkün qədər yaxın olan yük maşınlarına quraşdırılmışdır.
Damlar uzaqdan açıldıqdan sonra pilotsuz təyyarələr havaya qalxaraq hədəflərini vurublar.
İlkin hesablamalara görə, 41-ə qədər təyyarə zədələnib. Zərərlər – 7 milyard dollar dəyərləndirilir.
…Hava hücumundan müdafiə qüvvələrinin reaksiya verməyə vaxtı olmayıb..?
Əvvəlki uzun mənzilli dron hücumlarından fərqli olaraq, yeni əməliyyat hədəfə gedən yolu minimuma endirməyə yönəlib. Pilotsuz təyyarələr əslində S-300 və S-400-dən yan keçməklə birbaşa Rusiya ərazisindən buraxılıb.
…Bu, Ukrayna xüsusi xidmət orqanları üçün heyrətamiz uğurdur.
Kral Birləşmiş Xidmətlər İnstitutundan Castin Bronk deyib bunu.
Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis isə vurğulayıb ki, “…Bu hücumun miqyası və ixtiraçılığı Ukraynanın indi Qərbin dəstəyindən daha az asılı olduğunu göstərir”.
Onun sözlərinə görə, zərbə müttəfiqlərdən əhəmiyyətli maddi-texniki və kəşfiyyat yardımı olmadan həyata keçirilib.
Arxada dərin təhdid…
Zərər çəkmiş aerodromların ən ucqarı Ukrayna sərhədindən 2500 km-dən çox məsafədə yerləşən İrkutsk vilayətinin Belaya aerodromudur.
Bundan əvvəl dronlar maksimum 1100 km uça bilirdi. Yəni Rusiya özünün dərin arxa cəbhəsində belə təhlükəsizlik hissini itirib.
Bronk qeyd edir ki, məhv edilmiş təyyarələrin yarısı Tu-95 və Tu-160 bombardmançıları olsa belə, bu, Rusiya Federasiyasının Ukrayna hədəflərinə qanadlı raketlər buraxmaq imkanlarını xeyli azaldacaq.
Təyyarələrin çoxu açıq yerlərdə saxlanılıb. Rusiya improvizə edilmiş kamuflyaj vasitələrindən, o cümlədən qanadlara təkərlər yerləşdirməkdən istifadə etməyə çalışdı, lakin bu, hücumun qarşısını ala bilmədi.
Sığınacaqların olmaması təkcə Rusiyada problem deyil. Məsələn, ABŞ-da müasir hava donanmasında da təyyarələri qorumaq üçün kifayət qədər sayda anqar yoxdur.
“Yatmış” pilotsuz təyyarələr və müharibənin yeni mərhələsi…
…Ukrayna dronları Rusiyaya tam olaraq necə gətirdiyini açıqlamayıb, lakin bu, Rusiya logistikasının zəifliyinə işarə edir.
“…Məsələ ondadır ki, bu “torlardan” daha neçəsi öz anını gözləyir”.
Bunu da Patton Rodjers əlavə edib.
…Nordic Air Defence şirkətinin həmtəsisçisi Karl Rosander xəbərdarlıq edir: bu, yalnız başlanğıcdır. Pilotsuz təyyarələr düşmən ərazisində “yatmış vəziyyətdə” qala bilər və ən həssas anda işə salına bilər. Və bu taktika başqa ölkələrə, o cümlədən NATO-ya qarşı istifadə oluna bilər.
Əli Babayev