Dabaq xəstəliyinə qarşı azad zonaların yaradılması nəzərdə tutulub


Azad edilən ərazilərdə – Zəngilan, Qubadlı, Laçın, Füzulidə dabaq xəstəliyinə qarşı azad zonaların yaradılması nəzərdə tutulub. SİA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, ÜHS-nin Avropa Komissiyasının vitse-prezidenti Qalib Əbdüləliyev “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” adlı paneldə deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərlə yanaşı, Naxçıvanda da vaksinasiya aparmaqla dabaq xəstəliyinə qarşı mübarizə prioritet istiqamətlərdəndir.

Əlaqəli Xəbərlər