Ruslar yenidən Sumı vilayətində irəliləməyə cəhd göstəriblər. Lakin bunu planlaşdırdıqları şəkildə həyata keçirə bilməyiblər. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib. “Burada heç bir sürpriz yoxdur, hərbçilər nə edəcəyini bilirlər və əllərindən gələni edirlər. Biz onların məhz Sumı istiqamətindən başlayacaqlarını gözləyirdik, amma Şərq, Zaporojye və Xarkov barədə də anlayışımız vardı”, – deyə o qeyd edib. Dövlət başçısı bildirib ki, Sumı vilayətinə hücum rus hərbçiləri tərəfindən əvvəlcədən planlaşdırılmışdı və hazırda baş verənlər bu hücumun növbəti dalğasından başqa bir şey deyil. “Onlar bunu davam etdirəcəklər, amma Sumıda…
Daha çoxDay: June 4, 2025
Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq ölüb
Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq həyatını itirib. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, Nigeriya polisi hadisənin ölkənin şimalında yerləşən Kaduna vilayətində baş verdiyini bildirib. Qeyd olunur ki, 4-9 yaş arasında olan bu uşaqlar qeyri-rəsmi dini mədrəsədə dərsdən sonra vaxtaşırı Kubau bölgəsində yerləşən Yardoka kəndi yaxınlığında palçıqdan kərpic hazırlamaq üçün qum çıxarırdılar. Kaduna vilayəti polisinin sözçüsü Mənsur Həsən bildirib ki, 11 uşaq həyatını itirib, daha 7 uşaq isə yaralanıb və hazırda xəstəxanada müalicə alırlar. O əlavə edib ki, polis kənddən olan könüllülərlə birlikdə qəzaya uğrayan mədəndən uşaqların cəsədlərini…
Daha çoxPortuqaliya polisi 18 il əvvəl itkin düşən qızın axtarışlarını bərpa edib…
…Polis quyulardan birini qurudaraq ərazinin bir neçə ərazisini təmizləyib. Axtarış zonasında dronların istifadəsi qadağandır, media nümayəndələrinin iş yerinə daxil olmasına icazə verilmir. SİA-nın məlumatına görə, Almaniya polisinin tələbi ilə Portuqaliya hüquq-mühafizə orqanları kurort şəhərciyində Praia da Luzda ailəvi istirahət zamanı üç yaşında itkin düşən britaniyalı Madeleine McCann-ın axtarışlarını bərpa edib. …“Guardian” xəbər verir ki, Portuqaliya polisi və xilasediciləri alman həmkarları ilə birlikdə kəndin yaxınlığındakı tərk edilmiş tikililərin yaxınlığındakı quyulara, gölməçələrə və kolluqlara baxış keçirirlər. Yerin altında qalıqları və sübutları axtarmaq üçün xüsusi avadanlıqdan istifadə edilir. Bundan əlavə, polis quyulardan birini…
Daha çoxAlimlər Yerin qeyri-adi aktivliyinin sirrini açıqlayıblar…
Seysmik dalğalar 90 saniyəlik fasilələrlə qeydə alınıb… …2023-cü ilin sentyabr və oktyabr aylarında planetdə 90 saniyəlik fasilələrlə sirli seysmik dalğalar qeydə alınıb. “Naməlum seysmik obyekt” adlanan bu fenomen alimləri çaşdırıb. İndi tədqiqatçılar müəyyən ediblər ki, səbəb Qrenlandiyanın şərqindəki Dikson fjordunda iki meqatsunami olub. SİA-nın məlumatına görə, bu barədə 404 Media yazır. İqlim dəyişikliyi səbəbiylə buzlaqların əriməsi nəticəsində yaranan sürüşmələrin dar fyorda düşərək seyşlər adlanan güclü dalğalar yaratdığı müəyyən edilib. Çıxışda əyilmə ilə fiyordun unikal həndəsəsi dalğaları tutaraq, onların yer qabığına dəyən çəkic kimi dəfələrlə divarlara dəyməsinə imkan…
Daha çoxPutin Trampa İranla danışıqlarda iştirakını təklif edib…
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin İran məsələsini müzakirə ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə açıqlama verən ABŞ Prezidenti İranın nüvə silahı ilə bağlı qərarını verməsi üçün vaxtın daraldığını deyərək və bunun tez bir zamanda qəbul edilməsinin vacibliyini telefon danışığı zamanı Putinlə müzakirə etdiyini bildirib. “Mən Prezident Putinə bildirdim ki, İran nüvə silahına malik ola bilməz. Düşünürəm ki, biz bu məsələdə eyni fikrə gəldik. Prezident Putin təklif edib ki, İranla müzakirələrdə iştirak etsin və ola bilsin, o, bu məsələnin tez bir zamanda yekunlaşmasına kömək edə bilər.…
Daha çoxİlham Əliyev ilə Məsud Pezeşkian arasında telefon danışığı olub
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb. Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb. Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycan Prezidenti də səfər zamanı aparılan…
Daha çoxRusiyanın “memorandumu” Vyana Konvensiyasını pozur
Rusiyanın İstanbulda keçirilən danışıqlarda Ukraynaya təqdim etdiyi “memorandum” “aşağı səviyyəli insanlar” tərəfindən hazırlanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, bu “memorandum” 1969-cu il Vyana Konvensiyasını, xüsusilə də beynəlxalq danışıqlar hüququnu pozur. Axı həmin “sənəd”in üçüncü bəndində gələcəkdə beynəlxalq danışıqlardan imtina nəzərdə tutulur. “Bir daha vurğulayıram ki, bu sənəd aşağı səviyyəli insanlar tərəfindən hazırlanıb. Rusiya tərəfindən Ukrayna ilə dialoq aparan komanda lazımi səviyyədə deyil. Onlar nəinki qərar qəbul etmirlər, həm də beynəlxalq hüquqda və Ukrayna qanunvericiliyində baş verənlərdən xəbərsizdirlər”,…
Daha çox“Ölkə öz media platformasını yaratmalıdır…”
Qlobal informasiya mühiti kontekstində Hindistan aparıcı beynəlxalq televiziya kanalları ilə rəqabət apara bilən öz media platformasını inkişaf etdirmək zərurəti ilə üzləşib. SİA-nın məlumatına görə, analitik hesablamalarla dəstəklənən bu fikir nüfuzlu “Hindustan Times” nəşrində səsləndirilib. Məqalə müəllifləri “yumşaq güc” sferasında dövlətin mövqeyinin gücləndirilməsinin əsas aspekti olan informasiya təhlükəsizliyi üzrə milli doktrinanın formalaşdırılmasının vacibliyini vurğulayırlar. Onlar qeyd edirlər ki, Rusiya (RT) və Qətər (Əl-Cəzirə) kimi ölkələrdən uğurlu nümunələr göstərir ki, hətta məhdud resurslarla belə, strateji yanaşma və adekvat maliyyələşdirmə aparılarsa, əhəmiyyətli nəticələr əldə etmək olar. Hindistan qlobal nüfuzu artan aparıcı güclərdən biri…
Daha çoxTrampla Putin telefonla danışıb
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Prezidenti danışığın bir saatdan çox davam etdiyini deyib. O bildirib ki, rusiyalı həmkarı ilə Rusiyanın təyyarələrinə Ukrayna tərəfindən hücum, həmçinin hər iki tərəfdən həyata keçirilən müxtəlif hücumlar müzakirə edilib. “Yaxşı danışıq oldu, amma dərhal sülhə gətirib çıxaracaq müzakirələr deyil. Prezident Putin aerodromlara son hücuma cavab verməli olacağını çox qətiyyətlə bildirib”.
Daha çoxSərgiyə 1000-dən çox vakant iş yeri çıxarılıb…
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17-ci Karyera Sərgisi keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, özəl sektor təmsilçiləri və universitet rəhbərliyi iştirak ediblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Zəfər Qurbanov bu cür sərgilərin gənclərin real əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, ADAU-nun əsas məqsədi təkcə nəzəri bilik verən təhsil müəssisəsi olmaq deyil, eyni zamanda tələbələri…
Daha çox