Putin, “zaman onun tərəfindədir” deyərkən haqlıdır..?


…Rusiya lideri Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenskidən fərqli olaraq, münaqişədə zamanın onun tərəfində olduğuna inanmaqda haqlı idi.

SİA-nın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Keçən iyul ayında Orban Ukrayna başçısı Zelenskini atəşkəsin vacibliyinə inandırmağa çalışsa da, buna razılıq verilməyib. Sonradan Putin də ondan imtina edib, çünki hər iki tərəf zamanın onların tərəfində olduğuna inanırdı.

Lakin Macarıstan baş nazirinin əlavə etdiyi kimi, yeganə fərq Putinin haqlı çıxmasıdır.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, “Merkur” qəzeti Putinin yeni fərmanının Qərb üçün həyəcan siqnalına çevrildiyini yazıb.

Bu arada Alaudinov bəyan edib ki, Qərb Ukrayna ordusunun Kursk Atom Elektrik Stansiyasını ələ keçirməsini istəyir..?

Əli Babayev

Əlaqəli Xəbərlər