Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 38 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin şəxslər agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.
Onların sosial reabilitasiyası və sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul edilən şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımı xidmətləri göstərilir.