Aparıcı müxalifət partiyasının (Demokratik “Toburo” partiyası) keçmiş sədri Li Ce Myonq Koreya Respublikasının prezident seçkilərində liderlik edir. SİA xəbər verir ki, exit-poll nəticələrini MBC telekanalı dərc edir.
Sosioloqların proqnozlarına görə, Li Ce Myonq səslərin 51,7%-ni, onun əsas rəqibi Kim Mun Su (hakim “Vətəndaş Gücü” partiyasından) isə 39,3%-ni toplaya bilər. Yeni İslahatlar Partiyasından olan namizəd Li Cunq Sok səslərin 7,7%-ni ala bilər.
Telekanalın məlumatına görə, ölkə üzrə 325 seçki məntəqəsindən çıxış sorğusunda təxminən 80 min nəfər iştirak edib, xəta dərəcəsi 0,8% təşkil edir. KBS, MBC və SBS telekanallarının sifarişi ilə birgə araşdırmanı Hankook Research, Korea Research və Ipsos şirkətləri aparıb.
JTBC telekanalının sifarişi ilə keçirilən sorğunun məlumatlarına görə, Li Ce Myonq yenə də liderlik edir: sorğuda iştirak edənlərin 50,6%-i ona səs verdiklərini bildiriblər. Kim Mun Su üçün 39,4%, Li Cunq Sok üçün isə 7,9% səs verilib.
3 iyuna qədər dərc edilmiş son sosioloji araşdırmaların nəticələrinə görə, Li Ce Myonq Kim Mun Su-nu təxminən 10 faiz bəndi qabaqlamışdı.