Bali adası zibildən qurtulmağa çalışır…





Ada bir litrdən az qablaşdırılmış suyun istehsalını məhdudlaşdıracaq..?



…Bali səlahiyyətliləri artan zibilliklərin turistləri qorxutacağından ehtiyat edirlər, buna görə də plastikdən xilas olmaq üçün ciddi tədbirlər görürlər. İndi adada 1 litrdən az həcmdə qablaşdırılmış suyun istehsalı qadağandır.

SİA-nın məlumatına görə, Bali adası zibildən qurtulmağa çalışır.

Qubernator Vayan Koster plastiklə dolu poliqonların təmizlənməsinə kömək etmək üçün yeni tədbirləri təsdiqləyib. Belə ki, yerli hakimiyyət müəssisələrə 1 litrdən az həcmdə qablaşdırılmış su ehtiyatlarını satmağı tapşırıb.

Sonradan onlara suyu yalnız bir litrdən böyük şüşələrdə doldurmağa icazə verilir.

Qubernator xatırladıb ki, Balinin əsas gəlir mənbəyi turistlərdir.

…Bali gözəl ekosistemi və zəngin mədəniyyəti ilə minlərlə turisti cəlb edir. Ətraf mühit məhv olarsa, daha heç kim buraya gəlmək istəməyəcək: nə səyahətçilər, nə də investorlar. Və turizm olmadan heç bir iqtisadi artım olmayacaq.

Bunu Vayan Koster bildirib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər