Antalyada yanğın təhlükəsizliyi ilə bağlı 174 otel bağlanıb…

…Deməli, SİA-nın məlumatına görə, Türkiyənin Antalya şəhərində səlahiyyətlilər yanğın təhlükəsizliyi tələblərinə uyğun gəlmədiyi üçün 174 otelin fəaliyyətini dayandırıb. Yoxlamalar yanvar ayında Bolu vilayətindəki kurortda baş vermiş yanğından sonra daha geniş yoxlama çərçivəsində Muratpaşa rayonunda aparılıb. Turizm obyekti kimi qeydiyyata alınmış 294 obyektdə araşdırma aparılıb. İlkin olaraq mehmanxanalara mayın 31-dək vaxt verilib ki, bütün pozuntuları aradan qaldırsınlar və yanğınsöndürmə idarəsindən hesabat alsınlar. Sonradan bu müddət 50 gün uzadılıb. Bununla belə, mayın 31-də nöqsanların könüllü aradan qaldırılması prosesi başa çatıb, iyunun 2-də isə mehmanxanaların rəsmi möhürlənməsinə başlanılıb. Səlahiyyətlilər, möhürlənmiş otellərin sahibləri yenidən…

Daha çox

Müqaviləli əsgərlərə birdəfəlik ödənişlərin azaldılmasına etiraz…

…Müdafiə Nazirliyi ilə müqavilə imzalandıqdan sonra birdəfəlik ödənişlərin həcminin azaldılması Başqırdıstanda elə də yaxşı qarşılanmayıb. SİA-nın məlumatına görə, respublika başçısının imzaladığı müvafiq fərman iyunun 5-dən qüvvəyə minir. Deməli, Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov fərman imzalayıb, ona əsasən, iyunun 5-dən etibarən region Müdafiə Nazirliyi ilə müqavilə bağlayarkən birdəfəlik ödənişin həcmini əhəmiyyətli dərəcədə azaldacaq. Belə ki, bu gün müqaviləli əsgərlərə 1,6 milyon rubl təklif edilirsə, bir neçə gündən sonra bu məbləğ 1 milyona düşəcək. …Üstəlik, birbaşa Ufada işə götürülənlər 1,2 milyon deyil, cəmi 600 min rubl alacaqlar. Buna baxmayaraq, onlar 700 min…

Daha çox

Bali adası zibildən qurtulmağa çalışır…

Ada bir litrdən az qablaşdırılmış suyun istehsalını məhdudlaşdıracaq..? …Bali səlahiyyətliləri artan zibilliklərin turistləri qorxutacağından ehtiyat edirlər, buna görə də plastikdən xilas olmaq üçün ciddi tədbirlər görürlər. İndi adada 1 litrdən az həcmdə qablaşdırılmış suyun istehsalı qadağandır. SİA-nın məlumatına görə, Bali adası zibildən qurtulmağa çalışır. Qubernator Vayan Koster plastiklə dolu poliqonların təmizlənməsinə kömək etmək üçün yeni tədbirləri təsdiqləyib. Belə ki, yerli hakimiyyət müəssisələrə 1 litrdən az həcmdə qablaşdırılmış su ehtiyatlarını satmağı tapşırıb. Sonradan onlara suyu yalnız bir litrdən böyük şüşələrdə doldurmağa icazə verilir. Qubernator xatırladıb ki,…

Daha çox

Ceyhun Bayramov BMT-nin Nayrobi ofisinin baş direktoru ilə görüşüb

İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, Afrika ölkələri ilə bağlı mümkün birgə təşəbbüslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub. Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tərəfdaşlığımızda xüsusi yer tutduğu, ölkəmizin dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə…

Daha çox

Etnadan gələn hissəciklər həftənin ortalarında Moskvaya çata bilər…

…Artıq SİA-nın dünən də yazdığı kimi, Avropanın ən yüksək aktiv vulkanı olan Siciliyadakı Etna dağının püskürməsi iyunun 2-də başlayıb. O, başlamazdan əvvəl sakinlər vulkanik təkanları hiss ediblər. …“Meteonovosti” xəbər agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova AGN Moskvaya deyib ki, hissəciklər paytaxta çata bilər, lakin bu, vulkan 1,5 min kilometr məsafədə yerləşdiyindən havanın şəffaflığına təsir göstərməyəcək. O, kül hissəciklərinin həftənin ortalarında əsəcək cənub küləyi əsdiyi zaman Moskvaya çatacağını açıqlayıb. Bu zaman tozun çoxu yəqin ki, çökəcək. …Püskürməyə cənub-şərq kraterinin şimal cinahından materialın çökməsi səbəb ola bilər. Etna dağı artıq 2024-cü ilin iyul…

Daha çox

Həcc ziyarəti zamanı anomal istilər səbəbindən xüsusi plan hazırlanır..?

…Səudiyyə hökuməti krallıqda şiddətli istilər fonunda Həcc ziyarətinə gələn zəvvarlara kömək etmək üçün xüsusi tədbirlərə başlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Gulf News” xəbər verir ki, bu barədə Həcc işləri üzrə nazir Tövfiq ər-Rəbiah bildirir. Xüsusilə, səlahiyyətli orqanlar zəvvarlara kömək edəcək minlərlə işçi və onlarla təşkilatı cəlb edərək, İslamın beşinci sütununu yerinə yetirmələri üçün rahat şərait yaradıb və istilərin öhdəsindən gəlməkdə köməklik göstərirlər. …Digər şeylərlə yanaşı, bu, kölgəli sahələrin genişləndirilməsini, tibb işçilərinin sayının artırılmasını və yüzlərlə xüsusi soyutma qurğusunun quraşdırılmasını əhatə edir. Hazırda Məkkədə 1,5 milyondan çox insan…

Daha çox

Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü

Siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərləri Azərbaycan cəmiyyəti tərəfindən artıq formalaşmış demokratik ənənə kimi qəbul olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə fəal şəkildə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində siyasi partiya sədrlərinin birgə səfərləri siyasi müstəvidə tərəflər arasında yaşanan etibarlı münasibətlərin göstəricisidir. Odur ki, müsbət ənənəyə çevrilmiş sözügedən səfərlər artıq ölkənin siyasi gündəliyinin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, milli həmrəylik təzahürü ilə təcəssüm olunan sözügedən demokratik təcrübə ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir. SİA xəbər verir ki, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik…

Daha çox

Ruslar tərəfində döyüşən özbək nələr danışır..?

…Özbəkistanda Rusiya ordusu tərkibində Ukraynaya qarşı döyüşməyə gedən şəxs mühakimə olunub. SİA-nın məlumatına görə, 28 yaşlı gənc məhkəmədə danışıb. Deməli, o bildirib ki, keçən il döyüş turnirində iştirak etmək üçün erməni menecerlərin dəvəti ilə Moskvaya gedib. Onun xırda biznesi iflas edib və o, əvvəllər qarışıq döyüş sənətləri ilə məşğul olduğundan, mübarizədə qalib gəlmək və borclarını uduşlarla ödəmək qərarına gəlib. …İnternetdə Moskvada bir variant tapdım. Onlar mənə bütün xərcləri ödəyəcəklərinə söz verdilər. Mayın 30-da Rusiyaya gəldim, erməni menecerlərlə görüşdüm, amma dedilər ki, döyüş ləğv olunub, pulu qaytarmalıyam. Pulum yox idi və…

Daha çox

Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edilib

İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Geniştərkibli görüş zamanı Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə edilib. Diplomatik münasibətlərin 20 illiyinin qeyd olunduğu Azərbaycan-Keniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığına dair həmfikirlik ifadə olunub, ali və yüksək səviyyəli səfərlərin dinamikasının…

Daha çox