Səudiyyə onların Məkkəyə girişini qadağan etdi


Səudiyyə Ərəbistanı illik Həcc ziyarəti üçün icazəsi olmayan 269 mindən çox insanın Məkkəyə daxil olmasını qadağan edib. SİA xəbər verir ki, hökumət icazəsiz iştirakçılar üzündən Həcc ziyarəti zamanı şəhərdə sıxlığın yaranacağını açıqlayıb. Bildirilir ki, ötən ilin isti yay günlərində ən çox ölüm halları məhz icazəsiz Həccə gələnlərin payına düşür. Hazırda Məkkədə rəsmi olaraq 1,4 milyon müsəlman yaşayır və yaxın günlərdə daha çox müsəlmanın gələcəyi gözlənilir. Qaydalara görə, ilboyu şəhərdə yaşasalar belə, yalnız icazəsi olanların ziyarətə getməsinə razılıq verilir. Rəsmilər həmçinin həcc qaydalarını pozduqlarına görə 23 mindən çox səudiyyəlini cərimələyib və 400 şirkətin lisenziyasını ləğv ediblər.

Əlaqəli Xəbərlər