Karyera seçimi gələcəyə təsir edən ən mühüm qərarlardan biridir. Bu seçimi təsirləndirən bir çox amil mövcuddur. Bu amillərdən biri də ailənin təsiridir. Xüsusilə ilkin dövrlərdə ana-uşaq münasibətləri karyera seçiminə əhəmiyyətli dərəcədə təsir edir. Ana ilə uşaq arasındakı bağ, uşağın gələcək karyerasına birbaşa təsir göstərir. Karyera seçimində ailə münasibətləri nə ifadə edir? Əvvəlcə şəxsin psixoloji durumu aydınlaşdırılmalıdır. Yəni onun emosional vəziyyəti, hissləri və ümumi sağlamlıq durumu təhlil edilməlidir. Daha sonra isə şəxsin maraq sahələri və bacarıqları nəzərə alınmalıdır. İnsanların sağlam bir həyat tərzinə malik olub-olmaması ilkin mərhələdə dəyərləndirilməli olan məsələlərdəndir. Sonrakı…
Daha çoxDay: June 2, 2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib
Daha çoxSOCAR “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir
Azərbaycan dövlət Neft Şirkəti (SOCAR) əsas tərəfdaşı olduğu “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan 30-cu yubiley “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə və “Bakı Enerji Forumu”nda fəal iştirak edir. SİA SOCAR-a istinadən xəbər verir ki, ilk dəfə xalqımızın Ümummilli Lideri, yeni enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ötən illər ərzində regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa mühüm töhfə verən platformaya çevrilib. Builki Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR “Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi” şüarını özündə…
Daha çoxBakıda beynəlxalq elmi konfrans keçiriləcək
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. SİA xəbər verir ki, iyunun 3-də Bakıda təşkil olunacaq tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır. Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri və s. iştirak edəcək. Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara…
Daha çoxÇimərlik mövzümünə hazırıqmı?
Çimərlik mövsümünün rəsmi açılış tarixi ilə bağlı konkret bir tədbir və ya mərasim nəzərdə tutulmayıb. SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycanda çimərlik mövsümünün başlanğıcı hava şəraitinə uyğun olaraq, qeyri-rəsmi şəkildə formalaşır. Yəni, havalar istiləşdikcə insanlar dənizə üz tuturlar. Məsələn, son günlərdə havanın isti keçməsi nəticəsində çimərliklərdə insanların sayında artım müşahidə olunub, lakin hava şəraiti dəyişdikdə, çimərliklərdəki aktivlik də azalır. Bakıda 6 ictimai çimərlik mövcuddur və bu ərazilərdə artıq müvafiq təmir və təmizləmə işləri başa çatdırılıb. Bundan əlavə, bir sıra özəl çimərliklər və istirahət mərkəzləri də fəaliyyət göstərir. Bu çimərliklərin bir…
Daha çox“Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu forum kimi tanınır
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. SİA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını…
Daha çox“Zeytun” apteklərinə protokol tərtib edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC haqqında inzibati xəta protokolu tərtib edib. Bu barədə SİA-ya Agentlikdən məlumat verilib. Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.
Daha çoxİlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. SİA xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycan Prezidenti sərgilərlə tanış olub.
Daha çoxRamzan Kadırov çox arzuladığı arzusunu açıqlayıb…
O, əmin edib ki, respublikada bundan sonra da yaşayış və inkişaf üçün əlverişli şərait yaradacaqdır. SİA-nın məlumatına görə, Çeçenistan Respublikasının lideri Ramzan Kadırov regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Telegram kanalında o, Çeçenistanda işsizliyin tamamilə aradan qaldırılacağına, sakinlərin peşəkar fəaliyyətlə məşğul olmaq, təhsil almaq və uşaq böyütmək imkanlarına malik olacağına ümid etdiyini bildirib. …Mən çalışıram ki, respublika gəncləri mənəvi cəhətdən zənginləşsinlər, dini müəssisələrə getsinlər, hərtərəfli təhsil alsınlar, idmanda fəal iştirak etsinlər və sağlam, savadlı və uğurlu insanlar kimi yetişsinlər, – deyə Çeçenistan lideri vurğulayıb. O, həmçinin əmin etdi ki, respublika…
Daha çoxBMT Turizmin İcraiyyə Şurasının yeni Baş katibi seçilib
BMT Turizmin İcraiyyə Şurasının 2026-2029-cu illər üçün Baş katibi vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təmsilçisi xanım Şaixa Al Novais seçilib. SİA bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Seçkilər Qana, Yunanıstan, Meksika və BƏƏ-dən 2026-2029-cu illər üçün Təşkilatın Baş katibi vəzifəsinə namizədliklərini təqdim etmiş nümayəndələr arasında İspaniya Krallığının Seqoviya şəhərində 29-30 may tarixlərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı…
Daha çox