Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcək

Azərbaycan və Qazaxıstan iyulda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirəcəklər. Bu barədə SİA-ya Qazaxıstan KİV-lərinə istinadən xəbər verir. “Əminik ki, Hökumətlərarası Komissiyanın iyulda Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək”, – Qazaxıstan hökumətinin nümayəndəsi qeyd edib. O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını ötüb. Qazaxıstan hökumətinin nümayəndəsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını vurğulayıb: “2024-cü ildə bu marşrut üzrə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb”. Qeyd edək ki, Hökumətlərarası Komissiyanın əvvəlki iclası…

Daha çox

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Seqoviya şəhərində 29-30 may tarixlərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub. SİA xəbər verir ki, tədbir çərçivəsində Qana, Yunanıstan, Meksika və Birləşmiş Ərəb Əmirliklərindən 2026-2029-cu illər üçün Təşkilatın Baş katibi vəzifəsinə namizədliklərini təqdim etmiş nümayəndələr arasında İcraiyyə Şurasına üzv dövlətlərin iştirakı ilə seçkilər keçirilib. Müvafiq dövr üçün BMT Turizmin Baş katibi Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi xanım Şaixa Al Novais seçilib. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında…

Daha çox

Sabah leysan yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə…

Daha çox

SOCAR “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edir

SOCAR “baş tərəfdaş”ı olduğu “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan 30-cu yubiley “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə və “Bakı Enerji Forumu”nda fəal iştirak edir. SİA xəbər verir ki, ilk dəfə xalqımızın Ümummilli Lideri, yeni enerji strategiyamızın müəllifi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” ötən illər ərzində regionda və qlobal miqyasda enerji təhlükəsizliyinə, dayanıqlı tərəqqiyə, səmərəli əməkdaşlığa mühüm töhfə verən platformaya çevrilib. Builki Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi”ndə SOCAR “Ədalətli enerji keçidi ilə dayanıqlı gələcəyin gücləndirilməsi” şüarını özündə ehtiva edən stend ilə təmsil olunur.…

Daha çox

Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır. Bu barədə SİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.…

Daha çox

AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib

2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib. SİA AZAL-a istinadən xəbər verir ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub. Həmçinin Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.

Daha çox

İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli tədbir iştirakçıları! Hörmətli qonaqlar, xanımlar və cənablar! Sizi “Bakı Enerji Həftəsi”nin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram. Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı və gələcək prioritetlərin müzakirəsi üçün önəmli platforma rolunu oynayır. Biz artıq sayca 30-cu tədbirdə – yubiley tədbirində iştirak edirik ki, bu da onun uğurlu tarixini və əhəmiyyətini bir daha təsdiqləyir. “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı…

Daha çox