“Ənənəvi olaraq hər il Azərbaycanda keçirilən Neft və Qaz Sənayesi Sərgisi və Konfransı (Neft və Qaz Konfransı) ölkənin enerji strategiyasında mühüm əhəmiyyət kəsb edir. Bu tədbir çərçivəsində enerji sahəsində fəaliyyət göstərən aparıcı yerli və beynəlxalq şirkətlər bir araya gəlir, müxtəlif əməkdaşlıq sazişləri imzalanır və strateji qərarlar qəbul olunur”. Bunu SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib. Onun sözlərinə görə, konfrans, Azərbaycanın neft və qaz ixracatçısı kimi mühüm rolunu bir daha təsdiqləməklə yanaşı, ölkənin enerji siyasətinin formalaşdırılmasında da mühüm platforma funksiyasını yerinə yetirir: “Xüsusilə son illərdə təbii qazın təchizatı…
Daha çoxDay: June 2, 2025
“Əgər siyasi iradə və qarşılıqlı etimad möhkəmlənərsə,…”
“Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişənin sona çatması və sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün son dərəcə vacib məsələdir. Son aylarda tərəflər arasında müəyyən yaxınlaşmalar müşahidə olunsa da, hələ də bir sıra mühüm məsələlər açıq qalır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elvin Talışinski deyib. Onun sözlərinə görə, 2023-cü ilin sonunda və 2024-cü ilin əvvəlində atılan müsbət addımlar – o cümlədən sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların aparılması, əsirlərin qarşılıqlı şəkildə azad edilməsi və bəzi humanitar jestlər – ilin sonuna qədər sülhün əldə olunacağına ümid verir: “Lakin bunun reallaşması…
Daha çoxPirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 2-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.
Daha çoxİxrac rəqəmlərində sıçrayış: Azərbaycan Gürcüstanı geridə qoydu
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük və Dövlət Statistika Komitələrinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədən ixrac olunan qeyri-neft-qaz məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% və ya 98,2 milyon dollar artaraq 771,9 milyon dollara çatıb. SİA xəbər verir ki, son 5 ildə qeyri-neft-qaz məhsullarının ən yüksək ixrac həcmi 2023-cü ilin I rübündə 912,2 milyon dollar məbləğində qeydə alınıb. Qeyd edək ki, 2023-cü ilin I rübündə əldə olunan yüksək nəticənin əsas səbəbi həmin dövrdə ixrac olunan elektrik enerjisinin həcminin daha yüksək olmasıdır.…
Daha çoxQurban bayramında kimlərə əl tutulmalıdır?
İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir. Bildiyimiz kimi, sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdur. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı da hər il rəsmi olaraq keçirilir. İnsanlar Qurban bayramını necə qeyd edirlər? Necə paylayırlar? Müqəddəs…
Daha çox“Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə sənəd imzalanıb
“AzərEnerji” ASC və BP şirkəti arasında “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə sənəd imzalanıb. SİA xəbər verir ki, sənəd Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində imzalanıb. Sənədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və “Azərenerji” ASC-in prezidenti Baba Rzayev imza atıblar.
Daha çoxPrezident “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib
Prezident “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib
Daha çoxİlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib – FOTOLAR
İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib – FOTOLAR
Daha çoxBP və SOCAR “Qarabağ” layihəsi üzrə yeni sənəd imzalayacaq
İyunun 3-də “BP-Azərbaycan” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Qarabağ” layihəsi ilə bağlı yeni sənəd imzalayacaq. Bu barədə SİA BP-dəki mənbələrə istinadən xəbər verir. Bildirilib ki, sənəd Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, eləcə də 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi çərçivəsində imzalanacaq. Qeyd edək ki, 2024-cü il sentyabrın 20-də SOCAR və BP arasında “Qarabağ” neft yatağı və “Əşrəfi – Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb. “Qarabağ” yatağı Bakıdan təxminən 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, 150-200 metr…
Daha çoxAzad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkənin əsas prioritetləri sırasındadır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirilib. Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir: “Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir”. Müraciətdə vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərin…
Daha çox