İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirdi. Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Alparslan Bayraktar bir neçə gün əvvəl Laçında keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladı və həmin tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı. Görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji…

Daha çox

Azərbaycan və “Alipay” rəqəmsal ödənişlərin təşviqini müzakirə edib

Azərbaycan və “Ant International” (“Alipay”) şirkəti arasında rəqəmsal ödənişlərin təşviqi müzakirə edilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində “Ant International”ın baş vitse-prezidenti və baş dayanıqlılıq inzibatçısı Limin Çenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycanda maliyyə texnologiyalarının inkişafı və rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər, eləcə də ikitərəfli maraq doğuran digər məsələlər müzakirə olunub. ‎

Daha çox

Prezident Pakistanın energetika nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini qəbul edib. SİA xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Laçında Azərbaycan, Türkiyə Prezidentlərinin və Pakistanın Baş nazirinin üçtərəfli görüşü xatırlandı, bu tədbirin ölkələrimiz arasında qardaşlığın və həmrəyliyin nümayişi olduğu bildirildi. Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın enerji sahəsini də əhatə etdiyi vurğulandı. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəminə…

Daha çox

Ağdamda 747 nəfər işlə təmin olunub

Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinlərindən 817 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, onlardan 747 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 70 sakin isə peşə kurslarına cəlb olunub. Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Daha çox

İlham Əliyev Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib. SİA xəbər verir ki, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən enerji və bərpaolunan enerji sahələrində inkişafından məmnunluq bildirildi. Ölkəmizlə “ACWA Power” şirkəti arasında uğurlu layihələrin həyata keçirildiyi vurğulandı. Bu şirkətin Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirməsinin əhəmiyyətinə toxunuldu. Vurğulandı ki, “ACWA Power” ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması üzrə tenderin qalibi olub və hökumətlə müqavilə…

Daha çox

“Magen David Azerbaycan”ın təşkilatçılığı ilə şəhid övladları üçün bayram tədbiri keçirilib

Milli Məclisin deputatı Anatoliy Rafailovun təşəbbüsü və “Magen David Azərbaycan” – İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə Quba və Qusar rayonlarından şəhid övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayon icra hakimiyyəti başçıları, şəhid ailələrinin üzvləri, tanınmış incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri Milli Məclisinin deputatı Anatoliy Rafailov açıq elan edib. O, şəhidlərimizin şücaətindən danışıb, 44 günlük müharibədəki qələbənin memarının Ali Baş Komandan olduğunu qeyd edib. A.Rafailov uşaqları 1 iyun bayramı…

Daha çox

İlham Əliyev açılış mərasimində çıxış edib

çıxışı – Xanımlar və cənablar, sabahınız xeyir olsun. Əvvəlcə, bütün qonaqlarımızı salamlayıram və bizimlə birlikdə olduqlarına görə təşəkkür edirəm. Eyni zamanda, təşkilatçılara da Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm. Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan – nəzərə alsaq…

Daha çox

Memorandum diplomatiyası

Yaxud, İstanbulda Moskva-Kiyev danışıqlarından gözləntilər İstanbulda Rusiya-Ukrayna danışıqları rəsmən təsdiqlənəndən sonra bütün diqqət Türkiyəin qədim şəhərinə yönəlib. Müharibə tərəflərinin bu kimi təmasları keçmiş təcrübəni bir daha xatırladır. ABŞ prezidenti Donald Tramp da İstanbulda keçiriləcək danışıqların ikinci raundunu ümidverici adlandırmır. Tərəflər bir-birlərinə tələblərini ifadə edən sənədlər toplusunu – memorandum mübadiləsini planlaşdırır. Eyni zamanda, Ukraynanın tələblərinin siyahısı ABŞ-la sıx təmasda tərtib edilib. Amerika tərəfinin ikinci raundun Vatikana keçməsinə nail olmaq üçün etdiyi yarıtmaz cəhdlər nəticəsiz qaldı. Bazar gününə olan məlumatlara əsasən, nəinki danışıqların yeri, hətta onların iştirakçılarının tərkibi də dəyişdirilməyəcək. Rusiya nümayəndə…

Daha çox

Heyvan harada və necə kəsilməlidir?

№ Qurbanlıq heyvanların satış və kəsim yerlərinin ünvanı Satışı və kəsimi təşkil edəcək hüquqi və ya fiziki şəxs Fəaliyyət istiqamətləri Bakı şəhəri, Binəqədi rayonu üzrə 1 C.Xəndan küçəsi 52C Baxşəliyev Kənan Şakir oğlu kəsim-satış 2 Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 6/9 Ağayev Mürvət Qərib oğlu kəsim-satış 3 Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1A…

Daha çox

“Müharibə zamanı yalnız fiziki yox, həm də mənəvi və siyasi itkilər baş verir”

“Müharibənin gedişi və onun davamında həyata keçirilən xüsusi əməliyyatlar təbii olaraq genişmiqyaslı dağıntılar və insan tələfatı ilə nəticələnir. Bu da həm cəmiyyətlərdə, həm də beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Müharibələrin ən ağrılı tərəfi ondadır ki, onlar insan yaddaşında sağalmaz yaralar qoyur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu yaralar zamanla unudulmur, əksinə, daha da dərinləşir və gələcək nəsillərə ötürülür: “Digər tərəfdən, müharibə zamanı yalnız fiziki yox, həm də mənəvi və siyasi itkilər baş verir. İnsan tələfatı birinci dərəcəli məsələdir. Ardınca, ölkələrin infrastrukturunun dağıdılması, müasir texnologiyalar…

Daha çox