“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib. O bildirib ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün bəzi sənədlər tələb olunur: “Şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə – DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir); vətəndaşın doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli…
Daha çoxDay: June 2, 2025
Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib
Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Belə ki, baytarlıq preparatlarının istehsalı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün “Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir. Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (İqtisadiyyat Nazirliyinin)…
Daha çoxDövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibləri açıqlanıb
Dövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlanıb. SİA agentliyə istinadən xəbər verir ki, qrant müsabiqəsi Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi məqsədilə elan edilib. Məlumata görə, 2025-ci il üzrə elan olunan müsabiqə çərçivəsində layihələr əsasən “turistik kənd”lərdə (Duruca, İvanovka, Bibiyani, Sım və Qrız kəndləri) turizm infrastrukturunun inkişafı, ətraf mühitin mühafizəsi, qadınların və gənclərin dəstəklənməsi, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətlərini əhatə edir.…
Daha çoxAzərbaycan-Avstriya Qarışıq Komissiyasının yeni tərkibi təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında 10 avqust 2009-cu il tarixli sərəncamında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın Azərbaycan tərəfdən həmsədri vəzifəsi rəqəmsal inkişaf və nəqliyyat nazirindən onun müavininə ötürülüb, mədəniyyət nazirinin və Dövlət Turizm Agentliyi sədrinin müavinləri Komissiyanın tərkibinə daxil edilib, “Azərbaycan Hava Yolları” QSC-nin I vitse-prezidenti Komissiyanın tərkibindən çıxarılıb. Xarici İşlər Nazirliyi bu dəyişikliklər barədə Avstriya tərəfinə bildiriş göndərməlidir.
Daha çox“Unudulmaqda olan adət-ənənələrin yaşadılması” adlı layihəyənin icrasına başlanıldı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qloballaşma və Milli Həmrəylik” İctimai Birliyi 01.06.2025-ci il tarixində “Unudulmaqda olan adət-ənənələrin yaşadılması adlı layihəyə start verib. Bu barədə SİA-ya QMHİB-dən məlumat verilib. Layihənin həyata keçirilməsi üçün İlkin olaraq, hazırlıq iclası keçirilib. İB-in sədri H.Qarayev layihənin əsas məqsəd və vəzifələrindən, tədbirlərin keçiriləcəyi rayon, şəhərlər, görüləcək işlər barədə məlumat verib. Layihəni icra etmək üçün işçi heyəti formalaşdırılıb.
Daha çoxSOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. SİA SOCAR-a istinadən xəbər verir ki, Anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur. Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib.
Daha çoxPrezident “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib. SİA xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirin, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib. Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verilib. Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti…
Daha çoxNaxçıvandan xoş təəssüratlarla…
Prof. Himmet Karadal: Naxçıvanda keçirilən Süni intellektlə bağlı elmi konfransı beynəlxalq standartlara uyğun təşkil olunmuşdur Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın çoxşaxəli inkişafı çərçivəsində həyata keçirilən elm və təhsil strategiyası təkcə Azərbaycana deyil, bütün türk dünyasına bu sahədə də böyük uğurlar qazandırıb. Naxçıvanda keçirilən “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq elmi konfrans bu istiqamətdə qazanılan nailiyyətlər sırasında öndə olan məsələlərdəndir. Əvvəla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rusiyanın “Cənub” Universitetinin (Southern University – IMBL) birgə təşkilatçılığı ilə keçirilən konfrans mahiyyətcə hazırda qlobal məkanda beynəlxalq ictimaiyyəti düşündürən,…
Daha çoxAraz çayının ehtiyatlarından birgə istifadə üzrə protokol imzalanıb
Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb. Bu barədə SİA Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Bildirilib ki, sənəd Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının Bakıda keçirilən 54-cü görüşündə imzalanıb. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib. Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, ADSEA-nın nümayəndəsi…
Daha çoxVilayət Eyvazov Bərdədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya DİN-dən məlumat verilib. Bildirilib ki, nazir əvvəlcə Bərdə şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Polis Şöbəsinin inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Şuşa, Laçın, Tərtər, Zərdab şəhər və rayonlarından qəbula gələn 397 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Daxili işlər…
Daha çox