Biz döyüş meydanında, siyasi müstəvidə, idman arenalarında qələbə qazanan ölkəyik

Siz (Azərbaycan minifutbol millisinin üzvləri – red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.

Daha çox

Ölənlərin cəsədlərini “6000-ə 6000” formatında dəyişdirmək barədə razılıq…

İstanbulda keçirilən danışıqlarda Moskva və Kiyev “6000-ə 6000” formatında məhbus mübadiləsi aparmaq barədə razılığa gəliblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Telegram-da “Strana.ua” nəşri xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukraynanın müdafiə naziri Rüstəm Umerov brifinq zamanı bildirib. …Biz ağır yaralı və ağır xəstə hərbi əsirlərin “hamı üçün” mübadiləsinə razılaşdıq. İkinci kateqoriya 18-25 yaş arası “hamı üçün” gənc əsgərlərdir. Biz həmçinin ölən əsgərlərin cəsədlərinin “6000-dən 6000-ə qədər” qaytarılması ilə bağlı razılığa gəldik. Rüstəm Umerov bildirib bunu. Əli Babayev

Daha çox

“…Üçtərəfli zirvə görüşü mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”

“Laçında keçirilən üçtərəfli zirvə görüşü regional və beynəlxalq səviyyədə diqqət çəkən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının təşəbbüsü və ev sahibliyi ilə baş tutmuş bu görüşdə Türkiyə və Pakistanın yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən baş nazirlərinin iştirakı çoxsaylı siyasi və strateji mesajlar ehtiva edirdi. Bu tədbir Azərbaycan diplomatiyasının son illərdə atdığı ən uğurlu və əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, üç ölkə arasında dərinləşən strateji tərəfdaşlıq və qarşılıqlı etimad mühiti fonunda dövlət…

Daha çox

“Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir”

“Azərbaycan mətbuatı 150 il ərzində çox çətin yollardan keçmişdir. Bildiyimiz kimi, mətbuatın yaranma tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. O dövrdə həm maarifçilik funksiyasının yerinə yetirilməsi, həm də mülki şüurun formalaşdırılması, xalqın milli dəyərlər ətrafında birləşməsi üçün ciddi səylər göstərilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Editor.az İnformasiya Portalının təsisçisi və baş redaktoru Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, belə bir qəzetin fəaliyyət göstərməsi, dövrün çətin və mürəkkəb şəraitində, əslində inqilabi bir hadisə hesab olunurdu. Bu günkü müstəqil və güclü Azərbaycan mətbuatının təməli məhz o…

Daha çox

Xankəndi, Ağdərə və Xocalıda 2 minə yaxın iş yeri yaradılıb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında emal müəssisələri ilə bərabər, kənd təsərrüfatı da inkişaf etdirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunun panelində çıxışı zamanı deyib. Bildirib ki, indiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti şirkətləri ilə 450-yə yaxın müqavilə bağlanılıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 2 minə yaxın iş yeri yaradılıb. Bölgəyə özəl sektor tərəfindən 45 milyon manat investisiya qoyulub. 2025-ci ilin…

Daha çox

Zelenski İstanbulda Rusiya ilə danışıqları şərh edib…

Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparıblar. SİA TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Buxarest 9-luğu” ölkələrinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. …Onlar Türkiyə tərəfi vasitəsilə sənəd mübadiləsi aparıblar: “Biz məhbusların yeni buraxılışını hazırlayırıq”. Əli Babayev

Daha çox

Daun sindromlu uşaqlar üçün sosial layihə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb. Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar “Dance Ability” metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif…

Daha çox

“Azərbaycan qida məhsullarını əsasən MDB məkanına ixrac edir”

“Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac potensialının artırılması strateji prioritetlərdən biri kimi müəyyən edilsə də, hazırda qida sənayesinin, xüsusilə konservləşdirilmiş məhsulların, yarımfabrikatların və şirələrin ixracda xüsusi çəkisi olduqca məhduddur. Bu məhsulların ümumi ixrac strukturunda payı 0,2 faizdən də az olmaqla, 1 faiz səviyyəsinə belə çatmır ki, bu da sektorun ixrac baxımından hələlik ciddi iqtisadi əhəmiyyət kəsb etmədiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, mövcud vəziyyətə əsasən, Azərbaycan qida məhsullarını əsasən MDB məkanına, xüsusilə də Rusiya Federasiyasına ixrac edir: “Bunun əsas…

Daha çox

Paşinyan kilsəyə qarşı

Ermənistandakı seçki prosesləri Ermənistan müxalifəti bəyan edib ki, Nikol Paşinyan hökuməti Azərbaycanla “təslim olmaq haqqında saziş” imzalamağa çalışır. Eyni zamanda, baş nazirin opponentləri onun uğur qazana bilməyəcəyinə əmindirlər. Əvəzində növbəti parlament seçkilərindən sonra Paşinyanın komandasının üzvlərinin Bakıya köçəcəyi iddia edilir. Bu arada, Ermənistan rəhbərinin partiyası hələ də ölkədə ən populyardır və müxalifət təşkilatlarının dəstəyi statistik səhvi bir qədər üstələyir. Yeni tənqid dalğasına səbəb Nikol Paşinyanın və Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamaları olub. Belə ki, Baş nazir Respublika Günü münasibətilə həmvətənlərinə müraciət edərək bildirib ki, ermənilərə onsuz da malik olduqları…

Daha çox

Prezident “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib. SİA xəbər verir ki, söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulandı. “Schlumberger Overseas S.A” şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr qeyd edildi, şirkətin 30 il ərzində Azərbaycanda neft və qaz yataqlarının işlənilməsində iştirakının, o cümlədən SOCAR və bp ilə əməkdaşlığının davam…

Daha çox