Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına sədrlik edib… …BMT Baş Assambleyası (GA) Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokun bu qurumun 80-ci sessiyasının sədri təyin edilməsinə səs verib. SİA bu barədə rus saytlarına istinad edir. Berbock bu vəzifəyə yeganə namizəd idi. Martın 18-də məlum olub ki, Almaniya Nazirlər Kabineti Berbokun 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırıb. Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi ATƏT-in keçmiş baş katibi və karyera diplomatı Helqa Şmidtin namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı. …“Spiegel” jurnalı daha sonra yazırdı ki,…
Daha çoxDay: June 2, 2025
Fransa ictimaiyyəti Makrondan qurtulmaq üçün aksiyalara başlayır
Etiraz aksiyalarının ölkənin 165 şəhər və qəsəbələrini əhatə edəcəyi gözlənilir Dünyada mövcud olan müharibələr arasında ən dəhşətlisi və amansızı olan Rusiya -Ukrayna müharibəsini dayandırmaq üçün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər təşəbbüslər göstərsələr də, istəklərinə nail ola bilmirlər. Çünki qarşıduran tərəflər iddialarından bir addımda olsa geri çəkilmək fikrində deyillər. Ədalətli mövqedən çıxış edilsə, o zaman Rusiyanın haqsız tərəf olduğu məlum olar. Nədən ki, bu ölkə özünün imperiya hikkəsindən çıxış edərək müstəqil mövqe və siyasət yeritməyə çalışdığı üçün Ukraynanı qan gölündə boğmağa çalışdı. Bu səbəbdən də 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı…
Daha çoxLeysan olacaq, dolu düşəcək, çaylardan sel və daşqın keçəcək
İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq ayın 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. SİA-nın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Daha çox“Münasibətlər post-münaqişə dövrünün xüsusiyyətlərini daşıyır”
“Azərbaycan və Ermənistan arasındakı münasibətlər post-münaqişə dövrünün klassik xüsusiyyətlərini daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, hər iki tərəf 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra müəyyən razılaşmalar əldə etsə də, yekun sülh müqaviləsinin imzalanması hələ baş verməmişdir: “Bu isə regionda davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasına mane olan əsas amillərdən biridir. Hazırkı mərhələdə Azərbaycan tərəfi yekun sülh müqaviləsinin imzalanması üçün iki əsas şərtin yerinə yetirilməsini vacib hesab edir. Birinci şərt Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, yəni qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan…
Daha çox“Onları əsirlikdən çıxarsaq, Rusiyada cəhənnəmi yarada bilərlər…”
Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya həbsxanalarından buraxılan məhkumlar əsir mübadiləsindən sonra vətənə qayıdarsa, Rusiya cəmiyyəti üçün ciddi təhlükə yarada bilər. SİA-nın məlumatına görə, Daily Express yazır ki, bunu Putinyönlü şərhçi Nadana Fridrixson deyib. X sosial şəbəkəsində yayımlanan videoda o, ritorik sual verib: “Biz, Rusiya, mübadilə çərçivəsində Ukrayna tərəfindən əsir götürülən sağ qalan məhbusları geri almalıyıqmı?” Onun sözlərinə görə, artıq bir sıra rayonlarda müharibə veteranlarının geri qayıdıb qonşularına, qohumlarına terror törətməsi halları baş verib. …Onlar deyirlər ki, mən sizin üçün döyüşdüm və xaosa səbəb olmağa başlayırlar. …Fridrixson əlavə edib…
Daha çoxAzərbaycanın energetika naziri OPEC-in Baş katibi ilə görüşüb
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında görüş keçirilib. SİA Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin neft bazarının tənzimləmə prosesində rolu yüksək qiymətləndirilib. Həmçinin enerjiyə artan tələbat fonunda karbohidrogenlər, o cümlədən neft sahəsinə investisiyaların vacibliyi qeyd olunub. Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasəti OPEC-in Baş katibi tərəfindən yüksək qiymətləndirilib. Söhbət zamanı qlobal neft bazarında inkişaf meylləri, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilat öhdəliklərinin icra…
Daha çoxBu il altmış dörd uşaq müəssisələrdən ailələrinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə həssas qruplara aid uşaqlarla və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.
Daha çoxLaçın sammiti: QARDAŞLIĞIN GÜCÜ
Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin işğaldan azad edilmiş Laçın şəhərində dövlətlərimizin birliyini və həmrəyliyini nümayiş etdirən Zirvə görüşünün məhz Azərbaycan xalqının öz Müstəqillik Gününü qeyd etdiyi bir gündə, mayın 28-də, xalqımız üçün əlamətdar olan gündə keçirilməsinin rəmzi mənası çox böyükdür. Bu, ilk növbədə qardaşlığın gücü, qardaşlıq rəmzi olaraq başa düşülür. Gücümüzün birlikdə, həmrəylikdə, qardaşlıqda olduğu mesajı verilib Bütün dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycan, Türkiyə və Pakistan bir-biri ilə sıx bağlı dövlətlərdir. Çox yaxşı bəllidir ki, üçtərəfli…
Daha çoxUkrayna və Rusiya nümayəndələrinin İstanbul görüşü başa çatıb
Yeni hərbi əsir mübadiləsi hazırlanır. Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda danışıqların ikinci mərhələsini yekunlaşdırıblar. Ukrayna prezidenti Vladimir Zelenskinin Vilnüsdə keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, yeni məhbus mübadiləsi hazırlanır. …İstanbulda danışıqlar indicə yekunlaşıb. Mən sadəcə cənab Umerovun tam hesabatını gözləyirəm. Onlar fikir mübadiləsi aparıblar və biz yeni hərbi əsir mübadiləsini hazırlayırıq. SİA-nın məlumatına görə, bunu Zelenski deyib. İyunun 2-də keçirilən görüş bir saatdan bir qədər çox çəkib. Rusiyanın dövlət xəbər agentliyi TASS mənbəyə istinadən qeyd edir ki, bu gün danışıqların davamı olmayacaq və nümayəndə heyətləri vətənə…
Daha çoxHDİM yeni layihənin icrasına başladı
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsinin icrasına başlayır. 2025-ci il iyunun 1-dən avqustun 31-nə qədər davam edəcək layihə çərçivəsində əhalinin müxtəlif təbəqələri ilə görüşlərin və müzakirələrin aparılması nəzərdə tutulur. Ümumilikdə layihə çərçivəsində Bakı, Şirvan şəhərlərində, eləcə də Quba və İsmayıllı rayonlarında tədbirlərin, “Səs” İnternet TV-də isə mövzu üzrə 6 verilişin təşkil edilməsi planlaşdırılır. Tədbirlərdə 30-35 nəfərlik yaşı 18-35 aralığında olan tələbə-gənclər, müəllimlərlərin və digər cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə 40 dəqiqəlik ailənin cəmiyyətdə rolundan,…
Daha çox