İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun rəsmi açılış mərasimində çıxış edir. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Daha çox

Bu tarixdən hava kəskin dəyişir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Daha çox

Bakıda 16 istiqamətdə sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 5. “20 Yanvar” dairəsində; 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Babək prospekti, mərkəz istiqamətində; 9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi…

Daha çox

“HƏMAS” Qəzza danışıqlarına dərhal qayıtmağa hazır olduğunu bildirib

Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəslə bağlı İsraillə dolayı danışıqlara qayıtmağa hazır olduğunu açıqlayıb. SİA xəbər verir ki, müvafiq bəyanat radikalların telegram kanalında dərc olunub. “Mübahisəli məsələlərdə konsensusa nail olmaq üçün Qəzzə ilə bağlı dolayı danışıqlara dərhal qayıtmağa hazır olduğumuzu təsdiq edirik”, – deyə bəyanatda bildirilib. Eyni zamanda “HƏMAS” vurğulayıb ki, radikal qrup, anklavda daimi atəşkəsin təmin edilməsini və İsrail qoşunlarının oradan tamamilə çıxarılmasını məcburi şərt hesab edir.

Daha çox

Polşada prezident seçkilərində Karol Navrotski qalib gəlib

Dövlət Seçki Komissiyasının məlumatına görə, Polşada prezident seçkilərində Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib. SİA xəbər verir ki, bu barədə TVP kanalı bülletenlərin 99,8 faizi sayıldıqdan sonra bildirib. Hesablamaya əsasən Navrotski seçicilərin 50,9 faizinin səsini toplayıb. Onun rəqibi Rafal Tşaskovski seçicilərin 49,1 faizinin etimadını qazanıb.

Daha çox

Həftənin ilk günü hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Bu barədə SİA-ya ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə…

Daha çox

Təbii fəlakətlərin vurduğu ziyan ehtimal olunandan 10 dəfə çoxdur

Təbii fəlakətlərin vurduğu iqtisadi ziyanın real məbləği ehtimal olunandan azı 10 dəfə yüksəkdir. SİA xəbər verir ki, bu məlumat BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin son hesabatında yer alır. Sənəddə göstərilir ki, təbii fəlakətlər təhsil, daşınmaz əmlak və səhiyyə sektorlarına ciddi ziyan vurur. Qurumun hesabatına görə, təbii fəlakətlərin bəşəriyyətə vurduğu illik iqtisadi ziyan təxminən 200 milyard dollardır. Bura zəlzələlər, daşqın və torpaq sürüşmələri daxildir. Ofisin eksperti Jenti Kriş-Vud hesab edir ki, bu rəqəm təbii fəlakətlər nəticəsində ölkələrə dəyən ziyanın kiçik bir hissəsini əks etdirir. Hesablama zamanı bir qayda olaraq lokal xarakterli,…

Daha çox

Səudiyyə onların Məkkəyə girişini qadağan etdi

Səudiyyə Ərəbistanı illik Həcc ziyarəti üçün icazəsi olmayan 269 mindən çox insanın Məkkəyə daxil olmasını qadağan edib. SİA xəbər verir ki, hökumət icazəsiz iştirakçılar üzündən Həcc ziyarəti zamanı şəhərdə sıxlığın yaranacağını açıqlayıb. Bildirilir ki, ötən ilin isti yay günlərində ən çox ölüm halları məhz icazəsiz Həccə gələnlərin payına düşür. Hazırda Məkkədə rəsmi olaraq 1,4 milyon müsəlman yaşayır və yaxın günlərdə daha çox müsəlmanın gələcəyi gözlənilir. Qaydalara görə, ilboyu şəhərdə yaşasalar belə, yalnız icazəsi olanların ziyarətə getməsinə razılıq verilir. Rəsmilər həmçinin həcc qaydalarını pozduqlarına görə 23 mindən çox səudiyyəlini cərimələyib və…

Daha çox

Lavrov ABŞ dövlət katibinə zəng etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıqların əsas mövzusu Ukrayna böhranı ətrafında vəziyyət olub. “Tərəflər Ukrayna böhranının cari aspektlərini müzakirə ediblər”, – nazirlikdən bildirilib. “Dövlət katibi Marko Rubio bu gün Rusiyanın xarici işlər naziri Lavrovla telefon danışığı aparıb. Rubio ABŞ prezidenti Donald Trampın davamlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsi çağırışını təkrarlayıb”, – ABŞ Dövlət Departamentinin yaydığı məlumatda vurğulanıb.…

Daha çox