Qubada Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Quba rayonunda keçirilib. SİA xəbər verir ki, ASAN Xidmət Mərkəzinin ərazisində baş tutan tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, bölgənin kənd təsərrüfatı potensialının inkişafına yönəlmiş məhsullar nümayiş olunub, aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirəsi və təlim təşkil olunub. Festivalın əsas məqsədi regionlarda aqrar sahədə fəaliyyət göstərən fermerlər və sahibkarlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda innovativ texnologiyaların təşviqi və yerli istehsalın dəstəklənməsidir. Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı…

Daha çox

“Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni reallıqlar yaradır”

“Azərbaycan və Türkiyə liderlərinin Laçın beynəlxalq hava limanının açılışında birgə iştirakının, eyni zamanda Laçında Pakistan baş nazirinin də iştirakı ilə Liderlərin üçtərəfli zirvə görüşünün keçirilməsinin rəmzi və tarixi əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, Azərbaycanın Müstəqillik Günündə qardaş Türkiyə lideri və 30 il təmənna olmadan Ermənistanı işğalçı kimi tanıyan Pakistan baş nazirinin Şərqi Zəngəzura səfəri təsadüfi deyil: “Bu, qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini təsdiqləyir. Ümumiyyətlə, son illərin təcrübəsi də göstərir ki, Bakı-Ankara-İslamabad birliyi ölkələrimizin nüfuzunu və gücünü daha da artırır. Bu dəfə yüksək…

Daha çox

Azərbaycanda növbəti torpaq hərracları elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 2-də növbəti dəfə torpaq hərracları keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Ucar, Beylaqan və Cəlilabad ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Daha çox

Bizim yaşıl enerji gündəliyimiz çox genişdir

Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib. Dövlət başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.

Daha çox

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi İbrahimov Sahil Nurəddin oğludur. Onun nəşinin qalıqları sabah saat 12.00-da Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq. Bütün xəbərlər Facebook səhifəmizdə

Daha çox

“Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi

Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib. “Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, – deyə dövlətimizin başçısı əlavə edib.

Daha çox

Havaya görə əhvalın dəyişməsinin psixoloji izahı

“Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, mövsümi depressiyanın əlamətləri aşağıdakılardır. – Hətta ən asan işləri görmək…

Daha çox

Bu gün Yasamalda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə iyunun 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,72% artaraq 3 339,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,62% artaraq 33,24 ABŞ dolları olub.

Daha çox