İlham Əliyev italiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, 2 İyun – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin hazırda dinamik və hərtərəfli inkişaf etməsi bizi sevindirir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, energetika, sərmayə, müdafiə, humanitar, o cümlədən elm, təhsil və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlığımız ildən-ilə yeni məzmunla zənginləşir. Azərbaycan etibarlı strateji…

Daha çox

Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir

Azərbaycan xalqı uzun müddət münaqişə, müharibə şəraitində yaşayıb. Bu gün də insanlar, uşaqlar partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Mənim səsim, mənim hüquqlarım” adlı konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün bütün səylərini ortaya qoyub. “2026-2030-cu illər üçün Uşaq hüquqlarının qorunması ilə bağlı Milli Fəaliyyət planının hazırlanması üzərində iş gedir. Həmçinin, Ailə konsepsiyası sənədinin və “Uşaq hüquqları haqqında”…

Daha çox

“Manatın məzənnəsi dolların beynəlxalq bazarlardakı hərəkətlərinə uyğun dəyişir”

Son 1 ay ərzində ABŞ dollları stabil olaraq qalır. Mərkəzi Bankın statistik göstəricilərinə baxanda isə avronun məzənnəsi 0,2 % artaraq 1,9324 manat təşkil edib. Məsələ ilə bağlı SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycan manatı uzun müddətdir ABŞ dollarına faktiki olaraq indekslənib: “Bu bağlılıq xüsusilə 2017-ci ildən sonra daha sabit şəkildə müşahidə olunur. Hətta 2015-ci ilə qədər də bu siyasət tətbiq edilirdi, lakin müəyyən dövrlərdə istisnalar olmuşdur. Hazırda manatın məzənnəsi əsasən dolların beynəlxalq bazarlardakı hərəkətlərinə uyğun dəyişir. Yəni dollar bahalaşanda manat da möhkəmlənir, dollar ucuzlaşanda isə manat…

Daha çox

İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin iki ölkə artasında əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsi olduğunu deyib. SİA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarellaya bu ölkənin Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir: “Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”. Dövlət başçısı qeyd edib ki, enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir: “Bu…

Daha çox

“Dövlət vətəndaşların yetişməsi üçün kifayət qədər vəsait ayırır”

“Biz yaxın keçmişdə olan dəyərlərin bir çoxunu məhv etsək də, onların içində indidən yaşatmağa layiq olanları var və onlar əksəriyyəti təşkil edirlər. Xüsusən də yeni nəslin təlim və tərbiyəsində, yetişməsində, bir vətəndaş kimi formalaşmasında rolu olan ideoloji, vətənpərvər və sağlam həyat tərzi hər zaman keçmişdə aktual bir məsələ kimi gündəmdə olurdu. Bununla bağlı xüsusi universitetlər, institutlar, tədqiqat mərkəzləri və təşkilatlar fəaliyyət göstərirdi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bir çox təşkilatlar var ki, öz tarixi missiyalarını yerinə yetirib, tarixə qovuşublar. Məsələn, uşaqları tərbiyələndirmək üçün…

Daha çox

Şərurun bir neçə kəndində qaz olmayacaq

Şərur rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq. SİA-nın məlumatına görə, yeni siyirtmə quraşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Çərçiboğan, Arbatan, Çomaxtur və Xələc kəndlərində qaz təchizatı iyunun 2-də saat 14:00-dan müvəqqəti dayandırılacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Daha çox

Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir

Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib. Azərbaycan genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlət başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.

Daha çox

Üç liderlərin Laçın görüşü NƏ İLƏ YADDA QALDI?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik: – 28 May Müstəqillik Günündə Azərbaycan – Türkiyə – Pakistan liderlərinin Laçından vermiş olduğu mesajların əhəmiyyətini necə qiymətləndirmək olar? – İcazə verin birinci onu deyim ki, bu, həqiqətən də çox böyük və tarixi bir hadisə oldu. Açıq demək lazımdır ki, təxminən bir ay əvvəl bizi Prezident Administrasiyasının partiya məsələləri şöbəsi Laçın rayonuna aparmışdı. Orada biz öz gözümüzlə çox böyük quruculuq işlərinin getdiyini gördük və bunun canlı şahidi olduq. Ancaq bu səfər — yəni 28 may tarixində Azərbaycan Respublikasının Müstəqillik Günü…

Daha çox

Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib

Çimərlik mövsümü ərəfəsində paytaxtın Sabunçu rayonu ərazisində vətəndaşlar tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə xidmət göstərmək məqsədini daşıyan sahilyanı təmizlik aksiyası keçirilib. SİA xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər. Keçirilən aksiya Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində…

Daha çox