Britaniya hərbçilərinin bir çoxu qeyri-standart evlərdə yaşayır


Böyük Britaniya hökuməti orduda xidmət edən hərbiçilərin mənzil şəraitinin şəkildə yaxşılaşdırılması üçün əlavə 1,5 milyard funt sterlinq (təxminən 2 milyard dollar) ayıracağını açıqlayıb. SİA “Reuters”ə istinadla xəbər verir ki, qərar, həmçinin orduda işə qəbul, kadrların saxlanması və ümumi ruh yüksəkliyini dəstəkləmək məqsədi daşıyır. Bu vəsait 10 illik müdafiə transformasiyası planı olan Strateji Müdafiə İcmalına daxil ediləcək. Sənədin bazar ertəsi dərc olunacağı gözlənilir.

Əlavə maliyyə yardımı hərbi ailələr üçün yaşayış evlərində təxirəsalınmaz təmir işlərinə və yeni mənzillərin inşasına yönəldiləcək. Britaniya parlamentinin müdafiə komitəsi ötən ilin dekabr ayında təqdim etdiyi hesabatda bir çox hərbçinin yaşayış şəraitinə görə xidmətdən uzaqlaşa biləcəyi göstərilirdi.

Müdafiə naziri Con Hili bildirib ki, bir çox hərbi ailəsi standartlara cavab verməyən evlərdə yaşayır.

Əlaqəli Xəbərlər