Bakıda Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İran daimi fəaliyyət göstərən Birgə Komissiyasının 54-cü görüşü keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və protokol imzalanıb.