Rusiyada partlayışda 7 nəfər öldü, 70-ə yaxın yaralı var


Bryansk vilayətində qatarın iştirakı ilə baş verən fövqəladə hadisə nəticəsində xəsarət alanların sayı 69-a çatıb. SİA xəbər verir ki, nu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib. O qeyd edib ki, onların arasında üç uşaq da var. Zərərçəkmişlərdən 3 nəfərin vəziyyəti ağırdır, onlardan biri uşaqdır, 44 nəfər xəstəxanaya yerləşdirilib, 22 nəfər ambulator müalicədədir. Qeyd edilib ki, hadisə nəticəsində qatarın sürücü ölüb, ümumilikdə ölənlərin sayı 7-yə yüksəlib.

Qatar Moskva-Klimov marşrutu ilə hərəkət edib. Şahidlərin bildirdiyinə görə, çökmədən əvvəl dəmir yolu istiqamətindən güclü partlayış səsi eşidilib.

Məlumatlara görə, körpünün partlayış nəticəsində çökməsi ehtimalı var.

Əlaqəli Xəbərlər