Ermənistanın Baş naziri Paşinyan və Rusiya Prezidenti Putin arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Məlumata görə, Nikol Paşinyan və Vladimir Putin telefon danışığı əsnasında ikitərəfli və regional gündəliyin məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, bundan öncə Putin Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik etmişdi.