Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsindən sonra Parisdə fransalı azarkeşlər iğtişaş törədib. SİA xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Mənbənin sözlərinə görə, iğtişaşlar əsasən şəhərin mərkəzində baş verib. Bildirilir ki, əlliyə yaxın adam avtobusun arxa şüşəsini sındırıb. Avtomobildə olan sürücü xəsarət almayıb. Yelisey meydanında avtomobil yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Bundan əlavə, bir neçə nəfər ayaqqabı mağazasına daxil olub. Port de Sen-Kluda iki avtomobil yanıb. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Polisin son məlumatlarına görə, bayram şənlikləri zamanı Parisdə 294…
Daha çoxDay: June 1, 2025
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
Daha çoxMehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Daha çoxRusiyada partlayışda 7 nəfər öldü, 70-ə yaxın yaralı var
Bryansk vilayətində qatarın iştirakı ilə baş verən fövqəladə hadisə nəticəsində xəsarət alanların sayı 69-a çatıb. SİA xəbər verir ki, nu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib. O qeyd edib ki, onların arasında üç uşaq da var. Zərərçəkmişlərdən 3 nəfərin vəziyyəti ağırdır, onlardan biri uşaqdır, 44 nəfər xəstəxanaya yerləşdirilib, 22 nəfər ambulator müalicədədir. Qeyd edilib ki, hadisə nəticəsində qatarın sürücü ölüb, ümumilikdə ölənlərin sayı 7-yə yüksəlib. Qatar Moskva-Klimov marşrutu ilə hərəkət edib. Şahidlərin bildirdiyinə görə, çökmədən əvvəl dəmir yolu istiqamətindən güclü partlayış səsi eşidilib. Məlumatlara görə, körpünün partlayış nəticəsində çökməsi…
Daha çoxBu günə olan hava PROQNOZU
Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti,…
Daha çoxNATO və Rusiya Baltikdə eyni vaxtda təlimlərə başlayır
Gələn həftə NATO ölkələri “Baltops” adlı ənənəvi dəniz hərbi təlimlərinə başlayacaq. Bu təlimlər artıq 50 ildən çoxdur ki, hər ilin iyun ayının əvvəlində keçirilir. Lakin bu dəfə alyansın donanması tək olmayacaq. Vladimir Putin də öz donanmasını təlimlərə göndərir – həm də bir ay tez. SİA xəbər verir ki, bu məlumatı “Bild” nəşri yazıb. Qeyd olunub ki, Rusiya tərəfdən təlimlərdə 20 hərbi gəmi iştirak edəcək. Nəşr yazır ki, hər iki tərəfin donanmasının bölgədə eyni vaxtda olması təhlükəli yaxınlaşmalara səbəb ola bilər.
Daha çoxHindistan təyyarəsinin vurulduğunu təsdiqlədi
Önəmli olan təyyarənin niyə vurulmasıdır”. SİA xəbər verir ki, Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anil Çauhan ilk dəfə Pakistanın Hindistan təyyarəsini vurduğunu təsdiqləyib. Onun sözlərinə görə, vurulan Hindistan təyyarəsinin idarəetməsində taktiki səhvlər olub: “Yaxşı tərəfi odur ki, etdiyimiz taktiki səhvi anlaya bildik, düzəldə bildik, iki gün sonra onu yenidən həyata keçirə bildik və bütün təyyarələrimizi yenidən uzaqmənzilli hədəfləri vurmaq üçün uçura bildik”. Xatırladaq ki, tərəflər arasında toqquşmalar aprelin 22-də Cammu və Kəşmirin Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra başlayıb.
Daha çoxİsveçli seçicilər hökumətin dəyişdirilməsinin lehinə çıxış edirlər
Beynəlxalq “Ipsos” marketinq araşdırması şirkəti tərəfindən aparılan sorğu göstərir ki, İsveçdə seçicilərin 52 faizi növbəti seçkilərdən sonra hökumətin dəyişməsinin lehinə çıxış edir. Yalnız 34 faiz hesab edir ki, Ulf Kristerssonun rəhbərlik etdiyi hazırkı kabinet yeni etimad mandatı almalıdır. SİA xəbər verir ki, rəylərin bu nisbəti 2023-cü ilin sentyabrından bəri sabit olaraq qalır. İsveçdə növbəti parlament seçkilərinə cəmi bir ildən çox vaxt qalıb və bu fonda müxalifət partiyaları əhəmiyyətli dəstək alır. Müxalifət tərəfdarları arasında hakimiyyət dəyişikliyinə dəstək xüsusilə yüksəkdir: İsveç Sosial Demokrat Partiyasının seçicilərinin 84 faizi onu gələcək hökumətdə görmək istəyir.…
Daha çoxƏrdoğan Türkiyənin əsas niyyətini
Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda görüşü təmin etmək üçün çalışır”. SİA xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bolqarıstanlı həmkarı Rumen Radev ilə telefon danışığı zamanı bəyan edib. “Ukrayna ilə Rusiya arasında müharibəni bitirmək üçün səylər davam edir… Türkiyə bölgədə sülhü təmin etmək üçün tərəfləri İstanbulda bir araya gətirməyə çalışır”, – Türkiyə lideri bildirib. Ərdoğan və Radev arasında söhbət zamanı Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər , regional və qlobal məsələlər müzakirə edilib.
Daha çoxAlmaniyada təyyarə qəzası olub
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib. SİA xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib. Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları…
Daha çox