Ermənistanın Baş naziri Paşinyan və Rusiya Prezidenti Putin arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb. Məlumata görə, Nikol Paşinyan və Vladimir Putin telefon danışığı əsnasında ikitərəfli və regional gündəliyin məsələlərini müzakirə ediblər. Qeyd edək ki, bundan öncə Putin Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik etmişdi.
Daha çoxDay: June 1, 2025
Naxçıvanda məhkum valideynlərlə övladlarının görüşü təşkil olunub
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək uşaqları və onların valideynlərini bayram münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətinin Prezident İlham Əliyev…
Daha çoxMüdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. SİA nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir. https://youtu.be/MEjYjB6HZIM?si=P8DyQ3v7Gnag18jX
Daha çoxRusiya İstintaq Komitəsi Kursk və Bryansk vilayətlərində körpülərin partladıldığını təsdiqləyib
Rusiya İstintaq Komitəsi Kursk və Bryansk vilayətlərində körpülərin partlayış nəticəsində dağılmasını təsdiqləyib. Hər iki fakt üzrə cinayət işlərinin aparılması qurumun Baş İstintaq İdarəsinə həvalə edilib. SİA xəbər verir ki, iyunun 1-də Kursk vilayətinin Jeleznoqorsk rayonunda dəmir yolu körpüsünün dayağı partladılıb. Hadisə nəticəsində yük qatarının teplovozu və üç boş vaqonu relsdən çıxaraq avtomobil yoluna aşıb. Təxminən 15 kvadratmetr sahədə yanğın baş verib. Maşinist və iki köməkçisi xəsarət alıb. Bundan bir gün əvvəl isə Bryansk vilayətində dəmir yolu körpüsünün dayağı partladılıb və nəticədə avtomobil körpüsü sərnişin qatarının üzərinə çöküb. Hadisə zamanı 7…
Daha çoxSabaha olan hava proqnozu AÇIQLANDI
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Bu barədə SİA-ya ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və…
Daha çoxUşaq müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır
Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Təəssüf ki, uşaqlar bəzən valideynlər, bəzən də rəsmi, yaxud qeyri-rəsmi himayəsində yaşadıqları şəxslər tərəfindən küçədə yaşamağa, onların mənəviyyatına, fiziki və psixoloji sağlamlıqlarına zərər verən fəaliyyətlə məşğul olmağa təhrik edilirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) hər gün uşaqlarla bağlı müraciətlər daxil olur. Bu müraciətlərin əksəriyyətində məişət zorakılığına, eyni zamanda, bullinqə, təhsildən yayınmaya, küçə həyatına məruz qalan və digər problemlərlə üzləşən uşaqların pozulmuş hüquqları ilə əlaqədar tədbirlərin görülməsi istənilir. Dövlət Komitəsi bu istiqamətdə…
Daha çoxUşaqlar cəzaçəkmə müəssisəsindəki anaları ilə görüşüblər
1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən təsis edilmiş və dünyanın əksər dövlətlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tanınan 1 iyun tarixi ölkəmizdə də hər il qeyd edilir. SİA xəbər verir ki. bu gün münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində növbəti dəfə tədbir təşkil olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə…
Daha çoxOmbudsmanın təşəbbüsü ilə uşaqların hüquq və azadlıqları barədə videoçarx hazırlanıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hüquq və azadlıqları barədə ictimai məlumatlılığın artırılması, onların cəmiyyətdə layiqli və fəal iştirakına töhfə verilməsi məqsədilə sosial maarifləndirici videoçarx hazırlanıb. SİA xəbər verir ki, videoçarxda uşaqlara qarşı ayrı-seçkiliyin yolverilməzliyi, azyaşlıların mənafelərinin üstünlüyü, onların sağlam, təhlükəsiz, qayğı ilə əhatə olunan mühitdə yaşamaq və inkişaf etmək hüququnun təmini, həmçinin uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsiplərin və bu istiqamətdə birgə fəaliyyətin vacibliyi əks olunub. Bir daha hər kəs uşaqların hüquqlarına…
Daha çoxNaxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçirilir
Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, festival ərazisi xüsusi dekorlarla bəzədilib və beş əsas zona qurulub. “Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərir. Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunur. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil edilib.…
Daha çoxUkrayna ordusu yanacaq daşıyan qatarı partlatdı
Ukrayna ordusunun Zaporojya vilayətində qatarı partlatdığı məlum olub. SİA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Akimovka rayonunda, Melitopol yaxınlığında qatarı partladıb. Bu barədə Rusiyanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Telegram” kanalları isə yazır ki, hadisə mayın 31-nə keçən gecə baş verib. “Dəmir yolu partladıldı, yanacaq çənləri olan qatar relsdən çıxdı”, – deyə qeyd edilir. Xatırladaq ki, mayın 31-də Bryansk vilayətində avtomobillərin olduğu körpü partladılıb. İyunun 1-nə keçən gecə isə Kursk vilayətində Trosna – Kalinovka magistralının 48-ci km-də dəmir yolu körpüsü uçub.
Daha çox