Almaniyada güclü leysan və dolu nəticəsində daşqınlar baş verib

Almaniyada həftəsonu müşahidə olunan güclü leysan və dolu nəticəsində bir neçə bölgədə daşqınlar baş verib, xəsarət alanlar var. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, xüsusilə Şimali Reyn-Vestfaliya əyalətində küçələr su altında qalıb, zirzəmilər dolub. Fövqəladə hallarla bağlı qurumlar fasiləsiz fəaliyyət göstərirlər. Hükelhoven şəhərində 5 min nəfərin qatıldığı açıq hava tədbiri dolu səbəbindən yarımçıq qalıb. 11 nəfər xəsarət alıb. Krefeld və Erftstadt şəhərlərində də fövqəladə vəziyyət yaşanıb, bəzi sakinlər elektrik enerjisiz qalıblar. Almaniya Hava Xidmətinin məlumatına görə, təkcə Şimali Reyn-Vestfaliya əyalətində 10 minə yaxın ildırım qeydə alınıb. Güclü külək və…

Daha çox

Azərbaycan İlahiyyat İnstitutunda Türkiyədən və Gürcüstandan gələn din xadimləri ilə görüş olub

İyunun 1-də Azərbaycan İlahiyyat İnstitutunda Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan din xadimlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, görüşdə komitənin sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin Fərmanı ilə ötən il xaricdə yaşayan azərbaycanlılarla bağlı “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edildiyini bildirib. Bu qərarın xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verilməsi, habelə soydaşlarımızla dini-mənəvi bağlılığımızın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, ölkəmizdə…

Daha çox

Türkiyənin Bingöl vilayətində bir həftə ərzində ikinci zəlzələ qeydə alınıb

Türkiyənin şərqində yerləşən Bingöl vilayətində iyunun 1-də 4,4 maqnitudalı zəlzələ baş verib. SİA Türkiyə hökuməti nəzdində Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla saat 12:26-da qeydə alınan zəlzələnin episentri Kığı rayonunda yerləşib. Zəlzələnin ocağı 7,02 kilometr dərinlikdə olub. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Qeyd edək ki, mayın 29-da bu vilayətdə 4,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Daha çox

Bakıda mühüm və mənalı uşaq rəsim sərgisi keçirildi

Bu gün can Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar gün münasibətilə bütün uşaqlarımızı və onları böyüdən valideynləri ürəkdən təbrik edirəm. Uşaqlarımıza uğur və xoşbəxt bir həyat arzulayıram. Uşaqlar bizim gələcəyimizdir. Bu günün uşağı sabahın böyüyüdür. Uşaqlarımızı düzgün yetişdirməli, onlara ailə, vətən, bayraq, xalq və millət sevgisini aşılamalıyıq. Can Azərbaycanın valideynlərinin böyütdüyü övladlar Qarabağı azad etdilər. Dünən Bakıda, bayramdan bir gün əvvəl çox mühüm bir tədbir keçirildi. Bu günə qədər iştirak etdiyim ən mənalı tədbir idi. “Dünyada Uşaqların Mühafizəsi” adlı xeyriyyə rəsm sərgisi böyük marağa səbəb oldu. …

Daha çox

ABŞ-də atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb. Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak olub, daha bir zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Şerif Robert Lunanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Daha çox

Britaniya 1,5 milyard funt sterlinq dəyərində yeni silah zavodları inşa edəcək

Böyük Britaniya hökuməti ölkənin hərbi hazırlığını gücləndirmək məqsədilə 1,5 milyard funt sterlinq dəyərində altı yeni sursat və silah zavodları tikməyi planlaşdırır. SİA “Independent”ə istinadla xəbər verir ki, bu addım bazar ertəsi açıqlanacaq yeni strateji müdafiə icmalının bir hissəsi olacaq. Müdafiə naziri Con Hili bildirib ki, Britaniyada istehsal edilən sursat və partlayıcı maddələrin kəskin şəkildə artırılması ölkənin təhlükəsizliyini təmin etməklə yanaşı, düşmənləri də çəkindirməyə xidmət edəcək. Baş nazir Kir Starmer ilə birlikdə layihəni təqdim edən Con Hili qeyd edib ki, bu təşəbbüs, həmçinin Birləşmiş Krallığın bütün bölgələrində ixtisaslı iş yerlərinin artmasına…

Daha çox

Növbəti fləşmob məşhur mahnıya həsr olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində musiqili fləşmob təşkil edib. Komitədən SİA-ya verilən məlumata görə, Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin şagirdlərinin ifasında sözləri və musiqisi mərhum bəstəkar, özü də əslən Füzulidən olan Bəhram Nəsibova məxsus məşhur “Anadır arzulara hər zaman Qarabağ” mahnısı səsləndirilib. Onları yerli gənc musiqiçilərdən ibarət ansambl müşayiət edib. Sakinlər səmimi və təsirli ifanı böyük rəğbət hissi ilə qarşılayıb və alqışlayıblar. Fləşmobun əsas məqsədi azad edilmiş ərazilərdə həyata…

Daha çox

DYP uşaqları təbrik edir və təhlükəsizliyə çağırır

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsi bütün azyaşlıları təbrik edir, onlara sağlam və təhlükəsiz gələcək arzulayır”. SİA xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub. Bildirilib ki, uşaqların yol hərəkəti mühitində təhlükəsizliyi təkcə texniki vasitələrlə deyil, həm də cəmiyyətin diqqəti və məsuliyyəti ilə təmin olunur: “Valideynlərin nəzarəti, sürücülərin ehtiyatlılığı və böyüklərin nümunəvi davranışı uşaqlar üçün daha təhlükəsiz bir mühit yaradır. Bu gün biz təkcə uşaqları sevdiyimizi yox, həm də onları qorumağa hazır olduğumuzu göstərməliyik. Çünki uşaqlar bizim gələcəyimiz deyil,…

Daha çox

Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri xiyabanı ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Fəxri və Şəhidlər xiyabanlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər. SİA xəbər verir ki, Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin hörmət və ehtiramla anılıb. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər. Qonaqlar Türk Şəhidliyi abidəsini də ziyarət ediblər. Ziyarət zamanı…

Daha çox