İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, danışıqlardan asılı olmayaraq, orduya Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum etməyi əmr edib.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentliyin məlumatına görə, Katz quruda, dənizdə və havada bütün lazımi vasitələrdən istifadə etməklə, hər hansı danışıqlardan asılı olmayaraq, bütün hədəflərdə hücumun davam etdirilməsini əmr edib.
İsrailin müdafiə rəisi orduya danışıqlardan asılı olmayaraq Qəzzada irəliləməyi əmr edib.
…Bizi öldürənlər və bizə qarşı döyüşənlər bunun əvəzini tam ödəyəcəklər, – deyə nazir bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya digər ölkələrlə birlikdə İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətlərinə görə bir sıra israilli nazirlərə qarşı sanksiyalar hazırlayır.
Əli Babayev