…İyunun 1-də Kiyevin Rusiya hərbi obyektlərinə genişmiqyaslı hücumu Vladimir Zelenskinin müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyətini danışıqlar üçün İstanbula göndərəcəyini açıqlamasından bir qədər əvvəl baş verib.
Eyni zamanda, Kiyevin ABŞ prezidenti Donald Trampı hücumlarla bağlı xəbərdar etdiyi iddia edilir.
SİA-nın məlumatına görə, Axios “Ukrayna rəsmisinə” istinadən xəbər verir.
…Anonim Ukrayna rəsmisi nəşrə bildirib ki, “əməliyyat ölkənin təhlükəsizlik xidməti tərəfindən həyata keçirilib və bir ildən artıqdır ki, planlaşdırılıb”.
Üstəlik, Tramp administrasiyasına bu barədə əvvəlcədən məlumat verildiyi iddia edilir.
…Ukrayna Tramp administrasiyasına hücum barədə əvvəlcədən xəbərdarlıq edib.
Bunu Axios yazır.
Onun sözlərinə görə, hücum pilotsuz təyyarələri Ukraynadan minlərlə kilometr uzaqlıqdakı Rusiya aviabazalarının yaxınlığında gizli şəkildə yerləşdirilən yük maşınlarından buraxılıb. Rusiya Müdafiə Nazirliyi hələlik vəziyyəti şərh etməyib. Ukrayna mənbələri tərəfindən yayılan məlumatlar qəsdən çaşdırıcı ola bilər.
Əli Babayev