İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan-Zabol istiqamətində zəncirvari qəza olub. SİA yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 46 nəfər xəsarət alıb. Məlumata görə, hadisəyə vilayətdə baş verən qum fırtınası səbəb olub. Güclü qum fırtınası səbəbilə hazırda Zabol-Zahidan magistral yolunda hərəkət naməlum müddətədək məhdudlaşdırılıb.