…Tədqiqatçılar vulkanın səthində zaman keçdikcə genişlənə və maqmanın səviyyəsinin yüksəlməsinə səbəb olan böyük üfüqi çat müəyyən ediblər.
ABŞ-ın Mayami Universitetində tədqiqatçılar Havay adalarında yerləşən Mauna Loa vulkanının mümkün püskürməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, belə bir hadisə planetdəki həyat üçün dağıdıcı nəticələrə səbəb ola bilər, bir çox bioloji növlərin mövcudluğuna təhlükə yarada bilər.
SİA xatırladır ki, Mauna Loa Havay adasında 4169 metr yüksəklikdə olan aktiv qalxan vulkanıdır.
Vulkan əvvəllər 1984 və 1950-ci illərdə aktiv olub, lakin zərər nisbətən az olub. Hər iki püskürmə güclü zəlzələlərlə müşayiət olunub.
Hazırda vulkanın növbəti fəaliyyəti ilə bağlı dəqiq proqnoz yoxdur.
Tədqiqat çərçivəsində alimlər GPS izləyicilərindən istifadə edərək vulkanın seysmik aktivliyini tədqiq edib və Mauna Loada daxili təzyiqin artdığı qənaətinə gəliblər.
Bundan əlavə, onlar vulkanın səthində zaman keçdikcə arta bilən və maqmanın səviyyəsinin yüksəlməsinə səbəb olan böyük üfüqi çat qeydə alıblar.
Nazlı Almuradova