Ötən il Almaniyada yaşayan rekord sayda əcnəbi vətəndaşlıq alıb. SİA xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.
Bildirilib ki, vahid statistikanın başladığı 24 il ərzində bu dəfə hər zamankından daha çox əcnəbi Almaniyada vətəndaşlığa qəbul edilib.
2024-cü ildə təxminən 200 min insan Almaniya vətəndaşı olub. Əsasən suriyalılar və türkiyəlilər vətəndaşlıq alıblar.