Soçidə kurort mövsümü təhlükə altındadır: gələn yoxdur, bahalıqdır…


…Anapa çimərliklərinin bağlanması ilə əlaqədar bir çox ruslar yay tətili üçün başqa istiqamətlər axtarmağa başlayıblar. Krım bu mövsüm sifarişlərə görə lider olub. Soçiyə gəlincə, qiymətlərin baha olması səbəbindən turistlərin kurorta marağı azalır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Anapa çimərliklərinin bağlı olması səbəbindən turistlər yay tətili üçün başqa istiqamətlər axtarmalı olurlar.

Sorğunun nəticələrinə görə, rusların əksəriyyəti Krımı alternativ hesab edir.

…Tourprom-un məlumatına görə, bu istiqaməti sorğu iştirakçılarının 28 faizi seçib.

Soçiyə gəlincə, regiona maraq getdikcə azalır. Respondentlərin yalnız 20 faizi yay tətilini burada keçirməyi planlaşdırır.

Soçiyə marağın azalmasının əsas səbəbinin yüksək qiymətlər olduğu bildirilir.

Məsələn, Yuzhnoye Vzmorye sanatoriyasında standart bir otaq bir həftə qalmaq üçün 140 min rubla başa gəlir.

Soçiyə təyyarə biletlərinin qiyməti də cibə dəyir. Moskvadan gediş ilə birtərəfli qiymətlər 22 min rubldan başlayır, digər şəhərlərdən isə daha da bahadır.

Ona görə də Soçidəki otel və mehmanxanalar boşdur. Amma qonaq evləri artıq dolub. Burada yerləşdirmənin qiyməti daha aşağıdır – yeddi gecə üçün cəmi 19-22 min rubl.

…AMOS Otelçilər Assosiasiyasının Ekspert Şurasının sədri Dmitri Boqdanovun sözlərinə görə, rusiyalıların Soçidə istirahətdən imtina etmələrinin digər səbəbi rublun möhkəmlənməsi ilə əlaqədar xarici tətillərin qiymətinin azalmasıdır.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər