Maraqlıdır, rusiyalı turistlər Yaponiyaya səyahət etməkdən imtina etməyə başlayıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, Novosibirskdən olan səyahət agentinin dediyinə görə, buna səbəb Ryo Tatsukinin “Gördüyüm gələcək” manqasındakı peyğəmbərlikdir.
Deməli, Novosibirskdən olan bir turizm agenti dünyanın hər yerindən gələn turistlərin Yaponiyaya səyahətini niyə dayandırdıqlarına dair izahat tapıb.
Beləliklə, sifarişlərin sayı 50 faiz azalıb.
Turizm agentinin sözlərinə görə, söhbət Ryo Tatsukinin “Gördüyüm gələcək” manqasından gedir.
Bu, 2025-ci ilin iyulunda ölkədə fəlakətin baş verəcəyinə dair bir peyğəmbərliyi ehtiva edir.
Bu proqnoz, bu müddət ərzində Yaponiyaya səfərlər planlaşdıran xarici turistlər arasında narahatlıq dalğasına səbəb olub, çünki manqada yer alan 2011-ci illə bağlı başqa bir peyğəmbərlik gerçəkləşib.
…Novosibirsk sakinlərinin peyğəmbərlikdən qorxmadıqlarını deyən səyahət agenti onu da xatırladıb ki, bu günə qədər bu kitabdakı proqnozların yalnız 50 faizi özünü doğruldur.
…Qeyd edək ki,Yaponiya 400-dən çox aktiv vulkanın olması səbəbindən həmişə zəlzələlərə meyilli olub. Ona görə də bu heyrətamiz ölkəyə səfər etmək istəyənlər mümkün risklərdən xəbərdar olmalıdırlar.
Nazlı Almuradova