…Rusiya Ədliyyə Nazirliyinin müvafiq məlumat bazasına əsasən, Rusiyada indiyə qədər xarici agent kimi tanınan şəxslərin sayı mini keçib,..hələ bir sıra şəxs və təşkilatların reyestrdən çıxarıldığını demirik…
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mayın 23-nə olan xarici agentlərin reyestrində 997 maddə var. Buraya həm fiziki şəxslər, həm də təşkilatlar, o cümlədən media daxildir.
Lakin müxtəlif səbəblərdən onların bir hissəsi siyahıdan çıxarılıb. Ötən gün reyestr 6 nəfər və bir təşkilatla genişləndirilib.
Beləliklə, Rusiya Federasiyasında indiyədək xarici agent kimi tanınan şəxslərin sayı 1 mini (1004) keçib.
2022-ci il dekabrın 1-dən Rusiyada xarici agentlərin fəaliyyətini və vəzifələrini tənzimləyən, bu kateqoriyadan olan vətəndaşlar eləcə də hüquqi şəxslər üçün vahid reyestr, habelə pozuntuya görə məsuliyyəti nəzərdə tutan qanun qüvvəyə minib.
Xarici agent xarici dəstək almış və ya xarici təsir altında olan şəxs və ya hüquqi şəxs ola bilər.
Əli Babayev