Türkiyədən və Gürcüstandan olan din xadimləri Ağdama səfər ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdama gəliblər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Din xadimləri sonra Ağdam şəhər Cümə…

Daha çox

Miqrant etirazlarının mümkün təhrikçilərindən danışılıb…

…Milli Antikorrupsiya Komitəsinin sədri və Rusiya Prezidenti yanında Şuranın üzvü Kirill Kabanov akademik Andrey Fursovun Moskvada miqrantların kütləvi etiraz aksiyaları keçirməsi riski ilə bağlı narahatlığını şərh edib. SİA-nın məlumatına görə, o, Britaniya kəşfiyyat xidmətlərinin miqrant qrupları ilə əməkdaşlıq etdiyini bildirib. …İngilislər miqrantlardan stabilliyi pozmaq və terror aktları təşkil etmək üçün istifadə edir… Kabanov bununla bağlı “Crocus City” partlayışlarına istinad edir. Onun sözlərinə görə, Qərb radikal islam təşkilatlarının arxasında gizlənərək, daxili təhlükəsizliyi pozmaq və 5-6 il ərzində bir neçə regionda hakimiyyəti ələ keçirmək ehtimalı ilə Rusiyaya miqrant axınını stimullaşdırır. Bu barədə…

Daha çox

Pentaqon “qlobal zərbə” silahının hazırlanmasına 1 milyard dollardan çox vəsait xərcləyəcək

Pentaqon “Lockheed Martin” müdafiə korporasiyasından 1 milyard dollardan artıq məbləğdə operativ zərbə sisteminin modifikasiyasının hazırlanmasını sifariş edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə idarəsinin saytında məlumat verilib. Dərc edilmiş məlumata əsasən, “Lockheed Martin” tam xidmət kompleksi ilə bağlı sifariş alıb. Bura proqramın idarə edilməsi, mühəndis işləmələri, sistemlərin inteqrasiyası, raketlərin və “Conventional Prompt Strike” (“Konvensional sürətli zərbə”) sisteminin buraxılış proqramlarının istehsalı üçün lazımi materiallar, alət və avadanlıqların alınması daxildir. Daha əvvəl müdafiə şirkəti avtonom idarəetmə sistemi ilə təchiz edilmiş və pilot olmadan döyüş tapşırıqlarını yerinə yetirə bilən…

Daha çox

Senator Deyns ABŞ-nin Bakı və İrəvan arasında sülh sazişi ilə bağlı mövqeyini təsdiqləyib

Bakı və İrəvan arasında sülh sazişinin bağlanması Cənubi Qafqaz regionunda sabitlik və rifahı təmin edəcək. SİA ABŞ-nin Ermənistandakı səfirliyinin paylaşımına istinadən xəbər verir ki, bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Stiv Deyns Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib. “Senator Stiv Deyns və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə regional təhlükəsizlik məsələləri, həmçinin Ermənistan iqtisadiyyatına investisiya perspektivləri müzakirə olunub. Senator Tramp administrasiyasının regionda sabitliyin və rifahın təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasının zəruriliyi ilə bağlı mövqeyinə dəstəyini ifadə edib”, – paylaşımda qeyd…

Daha çox

Məhkəmə İmişli Ağsaqqallar Şurasının keçmiş sədri barəsində həbs qərarı verib

İmişli rayonunda 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb. SİA xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur. Qeyd edək ki, Saleh Səmədov mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, o, Şuranın adına ləkə gətirən hərəkətlərə…

Daha çox

MMU-da NATO-nun təhsil üzrə ekspert qrupunun görüşləri keçirilib

NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində ölkəmizdə səfərdə olan hərbi təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universiteti (MMU) və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçirib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, MMU-da keçirilən görüşdə cari il üzrə hərbi təhsil sahəsində görülən işlər təhlil edilib, perspektivdə duran məsələlər müzakirə olunub. Səfər çərçivəsində NATO nümayəndə heyəti, həmçinin MMU-nun Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsində olublar. Qonaqlara brifinqlər təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb. Keçirilən görüşlər zamanı xüsusi təyinatlı…

Daha çox

İstanbul Böyükşəhər Bələdiyyəsində növbəti korrupsiya əməliyyatı keçirilib

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqında Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Aykut Erdoğdu, Qaziosmanpaşa, Böyükçəkməcə, Avcılar, Ceyhan və Seyhan bələdiyyələrinin sədrlərinin də aralarında olduğu 47 nəfər haqqında saxlanılma qərarı verilib. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Məlumata görə, bu, İBB-də korrupsiyaya qarşı beşinci əməliyyatdır. Bildirib ki, bələdiyyə sədri və müavinləri rüşvət almaqda şübhəli bilinirlər. Onlar daşınmaz və nəqliyyat vasitələrini dəyərindən yüksək məbləğdə satın almaqda, tenderdə saxtakarlıq etməkdə ittiham olunurlar. İnformasiyaya əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həbs edildikdən sonra İBB sədri vəzifəsindən uzaqlaşdırılan…

Daha çox

Qırğızıstanda kükürd turşusunun satışı ilə məşğul olan cinayətkar dəstə üzvləri saxlanılıb

Qırğızıstanın Cəlalabad vilayətində kükürd turşusunun satışı ilə məşğul olan transmilli cinayətkar dəstənin üzvləri saxlanılıb. SİA Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan 3 nəfərdən biri Oş vilayətinin sakini, ikisi isə əcnəbidir. Onlardan biri cinayətkar sxemin digər iştirakçıları barədə məlumat verib. Nəticədə Oş vilayətinin daha dörd sakini dindirilməyə cəlb olunub. Şübhəlilərin digər cinayətlərdə mümkün iştirakı araşdırılır. Daha əvvəl hüquq-mühafizə orqanlarına xarici vətəndaşın Qırğızıstanda xüsusilə külli miqdarda prekursorların qanunsuz saxlanması, daşınması və satışı ilə əlaqəsi olduğu məlum olub. Mayın 27-də şübhəli şəxs təxminən 500…

Daha çox

Anar Quliyevin iştirak etdiyi UN-Habitat Assambleyasının İkinci Sessiyası yekunlaşıb

Keniyanın paytaxtı Nayrobidə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Assambleyasının ikinci davam sessiyası çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib. Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Bildirilib ki, mayın 29-30-da BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat Assambleyasının İkinci Sessiyası öz işini başa çatdırıb. Sessiyada ölkəmizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə milli koordinator Anar Quliyev təmsil edib. Belə ki, 2025–2029-cu illəri əhatə edəcək üzvlük ölkəmizə urbanizasiya sahəsində beynəlxalq qərarların qəbulunda, dayanıqlı və inklüziv şəhər mühitinin…

Daha çox

ABŞ hökuməti “Moderna”nın yeni COVID-19 əleyhinə vaksinini təsdiqləyib

ABŞ-nin Qida və Dərman Vasitələrinə Nəzarəti İdarəsi (FDA) “Moderna” biotexnologiya şirkətinin COVID-19 əleyhinə yeni vaksinini istifadə üçün təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “Reuters” şirkətin məlumatına istinadən bildirib. “Moderna, Inc.” şirkəti bu gün FDA-nın COVID-19 əleyhinə yeni “mNEXSPIKE” (mRNK-1283) vaksininin təsdiqləndiyini elan edib. Vaksin 65 yaş və daha yuxarı yaş kateqoriyasından olan böyüklərin istifadəsi üçün nəzərdə tutulub”, – məlumatda qeyd olunub. Vaksini həmçinin ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri (CDC) tərəfindən müəyyən edilmiş ən azı bir və ya bir neçə əsas risk faktoruna malik olan 12-64 yaş arası şəxslər…

Daha çox