Çexiyanın ədliyyə naziri Pavel Blaşak departamentdəki kriptovalyuta qalmaqalına görə istefa verib. SİA xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Blaşakın istefa qərarının səbəbi onun rəhbərlik etdiyi nazirliyinn hədiyyə olaraq qəbul etdiyi təxminən 1 milyard kron (təxminən 40 milyon avro) dəyərində bitkoinlərlə bağlı iş olub. İddialara görə, kriptovalyuta narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş şəxsdən alınıb. Blaşak bildirib ki, o, nazirliyin sözügedən məbləği qəbul etməsinə icazə verilməsində qanunsuz bir şey görmür, lakin hakimiyyətin reputasiyasına xələl gəlməsin deyə istefa verib.