MMU-da NATO-nun təhsil üzrə ekspert qrupunun görüşləri keçirilib


NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində ölkəmizdə səfərdə olan hərbi təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universiteti (MMU) və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçirib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, MMU-da keçirilən görüşdə cari il üzrə hərbi təhsil sahəsində görülən işlər təhlil edilib, perspektivdə duran məsələlər müzakirə olunub.

Səfər çərçivəsində NATO nümayəndə heyəti, həmçinin MMU-nun Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsində olublar. Qonaqlara brifinqlər təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlər zamanı xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunan hərbi təhsil proqramları ilə bağlı zəruri məlumatlar verilib, əvvəlki görüşlərdə müzakirə edilmiş mövzuların cari vəziyyəti təhlil edilib, təhsil proqramlarının inkişafı ilə bağlı təkliflər dinlənilib, pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, elektron tədris sisteminin təşkili və perspektivdə duran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər