Fransa və Polşa Gürcüstan iqtisadiyyatına zərbə vurmağa çalışır


“Xarici ölkələrin siyasətçilərinin Gürcüstan siyasətinə uğursuz hücumlarından sonra Gürcüstan iqtisadiyyatına hücumlar başlayıb və bu da çox narahatedicidir”. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.

Ş.Papuaşvili deyib: “Veymar üçbucağının üzvləri olan Polşa və Fransa səfirlikləri öz vətəndaşlarına xəbərdarlıq edərək, onları Gürcüstana gəlməzdən əvvəl yüz dəfə düşünməyə çağırıb. Bu da guya, Gürcüstan sərhədində ölkəyə girişin rədd edilməsi hallarının çoxalması ilə bağlıdır”.

Parlament sədrinin sözlərinə görə, Polşa və Fransa səfirliklərinin xəbərdarlıqları Gürcüstan iqtisadiyyatının əsas sahələrindən biri və xalqın firavanlıq mənbəyi olan turizmə əsassız hücumdur.

Qeyd edək ki, mayın 30-da Polşa və Fransa səfirlikləri xarici vətəndaşların, o cümlədən Avropa İttifaqı vətəndaşlarının Gürcüstana girişinə icazə verilməməsi hallarının artdığını bildirib və onları səfərləri planlaşdırarkən mümkün riskləri nəzərə almağa çağırıb. Diplomatik nümayəndəliklər həmçinin qeyd ediblər ki, əcnəbilər Gürcüstanda etiraz aksiyalarında iştirak etdiklərinə və ya hətta iştirak etmədiklərinə görə cərimələnə bilərlər.

Əlaqəli Xəbərlər