Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj partiyanın artıq bitkoin və digər kriptovalyutalarla ianə qəbul edəcəyini elan edib. SİA xəbər verir ki, bu barədə o, Las-Veqasda keçirilən bitkoin konfransında çıxışı zamanı məlumat verib.
Artıq “Reform UK” partiyasının vebsaytı kriptovalyuta ilə ianələri qəbul edə biləcək şəkildə yenilənib. Saytda yerləşdirilmiş açıqlamada qeyd olunur ki, bütün ianələr Seçki Komissiyasının qaydalarına tabedir və anonim ianələrə icazə verilmir.