Almaniya Ukraynanı atəşi dayandırmağa və Rusiyaya tabe olmağa çağırır


Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın şərtlərini qəbul etmək və atəşi dayandırmaq üçün Ukraynaya təsir göstərməlidir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu çağırışla Almaniyanın “Sara Vaqenknext Ağıl və Ədalət Birliyi” (BSW) partiyasının lideri Sara Vaqenknext çıxış edib.

…Əlbəttə, atəşkəs zamanı silah tədarükü dayandırılmalıdırğ, – alman siyasətçisi vurğulayıb.

Bundan əvvəl Vaqenknext bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri və Almaniya kansleri Fridrix Merzlə görüşü onun ciddi sülh danışıqları aparmaq istəmədiyini göstərib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər