“Orta Dəhliz regional əməkdaşlıq, ticarət və investisiyaları təşviq edir”

Asiya və Avropanı birləşdirən Orta Dəhliz regional əməkdaşlıq, korporativ həllər, ticarət və investisiyaları təşviq edir. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib. Onun sözlərinə görə, Azərbaycan bu nəqliyyat dəhlizinin tranzit potensialının genişləndirilməsində maraqlıdır: “Bu kommunikasiya Azərbaycanın regional tərəfdaşları, o cümlədən Türkiyə və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticarət əlaqələrini gücləndirir. Azərbaycan öz ərazisindən keçən nəqliyyat dəhlizlərinin və Xəzər dənizinin nəqliyyat-tranzit potensialının artırılmasına böyük önəm verir”. E.Əliyev bildirib ki, Türkiyə ilə nəqliyyat-logistika…

Daha çox

İlham Əliyev Laçından dünyaya yeni mesajlar verdi

28 may 2025-ci il tarixində Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Üçlü Zirvə görüşü keçirildi. Baş tutan bu Zirvədə Prezident İlham Əliyevin açılış nitqi səmimiyyət, emosionallıq, həmrəylik, əməkdaşlıq, güclü gələcək vurğusu kimi mühüm cəhətləri ilə yadda qaldı. Prezident Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin önəmini vurğuladı. Bu tarixi görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi və 44 günlük…

Daha çox

May ayının sonu 36 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36°…

Daha çox

Azərbaycanın Türkiyə şirkətlərinə verdiyi investisiya təşviqi sənədlərinin sayı

İndiyə qədər təsisçiləri Türkiyə vətəndaşları və yaxud şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib. Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda yaradılan münbit biznes mühitindən faydalanır: “Sözügedən sənədi əldə edən hüquqi şəxslər texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və idxal gömrük rüsumlarından, habelə əmlak və torpaq vergiləri, eləcə də mənfəət və gəlir vergisinin 50%-nin ödənilməsindən azad edilir”. Nazir müavini əlavə edib ki,…

Daha çox

Milli Məclisin plenar iclası keçirilir

Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı. 2. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş). 3. “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə…

Daha çox

Azərbaycan Almaniya ilə “yaşıl enerji” əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan Almaniya ilə “yaşıl enerji” kursu çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıb. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. “Görüşdə alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı, Xəzər dənizindən Avropaya qədər uzanacaq Yaşıl Enerji Dəhlizi və bu infrastruktur vasitəsilə enerji tədarükü üzrə əməkdaşlıq perspektivlərini dəyərləndirdik”, – deyə P. Şahbazov bildirib.

Daha çox

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyası üzrə bu gün keçirilən son plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Deputatlar sədrin çıxışını alqışlarla qarşılayıb.

Daha çox

“Dəymiş zərər 6 milyon manatdan çox olub”

“Müasir şəraitdə Azərbaycan Respublikasında kibertəhlükəsizlik məsələsi əsas yer tutur”. SİA xəbər verir ki, bu sözləri deputat Nizami Səfərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, mütəşəkkil cinayətkar qruplar və şəxslər terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaq üçün bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq əməllərinə əl atırlar: “Son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata…

Daha çox

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0.79% azalaraq 3 317,60ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1.01% azalaraq 33.09 ABŞ dolları olub.

Daha çox