İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır. Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq…

Daha çox

İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Sərəncama əsasən Nazirlər Kabineti nəzərdə…

Daha çox

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar neft və qaz qiymətlərinə təsir göstərib”

“İqtisadi sanksiyalar müəyyən ölkələrə qarşı tətbiq olunur və əsas məqsədi həmin ölkələrin iqtisadiyyatına təsir göstərərək onları müəyyən razılaşmalara vadar etməkdir. Bu tədbirlər, adətən, siyasi motivlər əsasında həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli deyib. Onun sözlərinə görə, tarixdən məlumdur ki, bir sıra ölkələr bu cür sanksiyalarla üzləşmişdir: “Bu ölkələrdən biri İran İslam Respublikasıdır ki, uzun müddət ərzində iqtisadi sanksiyalara məruz qalmışdır. Ondan əvvəl İraq Respublikası ciddi beynəlxalq sanksiyalarla qarşılaşmışdı. Daha sonra isə bu sanksiyalar Rusiya Federasiyasına tətbiq olunmuşdur. Rusiyaya qarşı…

Daha çox

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır”. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır”.

Daha çox

Azərbaycan sahibkarları dövlət qurumlarının İKT xidmətlərinin alışına dair siyasətindən narazıdır

Azərbaycanın dövlət qurumları İKT ilə bağlı xidmətləri və həlləri özəl sektordan tender yolu ilə almırlar. SİA Sahibkarlar (İşəgörürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, iş adamları öz narazılıqlarını qurumun tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə komissiyanın iclasında bildirib. İclasda KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı ilə bağlı proqramın təqdimatı və ölkəmizdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları maneə və çətinliklər müzakirə edilib. Komissiyanın sədri Elçin Əliyev “KOB-ların rəqəmsal transformasiyası və Milli texnoloji həllərin ixracı” ilə bağlı proqramı iştirakçılara təqdim edib. Proqramın KOB-lara yeni bazarlara çıxış…

Daha çox

NK-nın Milli Məclisdə hesabat verdiyi tarixin dəyişdirilməsi qəbul edilib

Milli Məclis Nazirlər Kabinetinin qanunverici orqanda hesabat verdiyi tarixin dəyişdirilməsi haqqında qanun layihəsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Qeyd edilib ki, qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında illik fəaliyyət haqqında hesabat verir. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin hesabatı hər il martın 31-dək təqdim ediləcək. Layihəyə əsasən, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis…

Daha çox

MM Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi ratifikasiya edib

Azərbaycan və Çin arasında vizadan qarşılıqlı azad edilmə barədə sazişi təsdiqlənib. SİA xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, sazişə görə hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Sənəd yalnız qısa müddətli səfərləri əhatə edir. Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş…

Daha çox

Göyərçin ətindən istifadə nə dərəcədə düzgündür?

“Azərbaycan diri göyərçinləri Türkmənistana, onun əti isə Belarusa ixrac olunur. Bu hal göyərçin ətinin həm ölkə daxilində, həm də beynəlxalq bazarda tələbat gördüyünü göstərir. Bir çox insanlar üçün göyərçin əti qeyri-adi və nadir bir qida kimi görünsə də, əslində bu ət növü bir çox ölkələrin mətbəxində qədim zamanlardan bəri istifadə olunur və qida dəyəri baxımından olduqca faydalı hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, Misirdə göyərçin əti ilə hazırlanan “hamam mahshi” adlı yemək çox populyardır və bayram süfrələrinin əsas hissəsini təşkil edir:…

Daha çox

“Türkiyə və Pakistanla illik ticarətin dəyərinin 17 milyard dollara çatdırılması hədəflənir”

“Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün böyük potensial var”. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında illik ticarətin dəyəri 20-30 milyon ABŞ dolları civarında olsa da, bu rəqəmi 2 milyard ABŞ dollarına qədər artırmaq hədəflənir: “Azərbaycan həm də Türkiyə ilə illik ticarətinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Bu da o deməkdir ki, iki qardaş dövlət olan Türkiyə və Pakistanla illik ticarətin…

Daha çox