Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib

Azərbaycanla Dünya Bankı arasında maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının “Dünya maliyyəsinin idarə edilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət büdcəsinin icrasına dair təcrübə mübadiləsi təşkil edilib. Üzv ölkələrin maliyyə nazirlərinin müavinləri, xəzinədarlıq rəhbərlərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə nazirliyin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru və PEMPAL şəbəkəsinin Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin sədri Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə N.Qasımzadə PEMPAL ölkələrində həyata keçirilən islahatlara dair məruzəsini təqdim edib, maliyyə…

Daha çox

“Üç qardaş ölkə gələcəyin aparıcı geosiyasi oyunçuları olmağa iddialıdır”

“Mayın 28-də — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümündə, Azərbaycanın işğaldan azad edilmiş Laçın şəhərində açılmış hava limanının fonunda baş tutan tarixi görüş, bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü regionda sarsılmaz dostluq, sabitlik və güc rəmzinə çevrilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, hər üç ölkənin dövlət başçısının bu tədbirdə iştirakı, təkcə simvolik deyil, eyni zamanda siyasi və strateji əhəmiyyətə malik konkret nəticələr doğuracaq tarixi hadisədir: “Əvvəlcə Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq münasibətləri, zamanla Pakistanın da bu əməkdaşlıq modelinə fəal şəkildə qoşulması ilə…

Daha çox

Zakir Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib

Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən hazırlanan hərbi nizamnamələrin yeni layihəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, tətbiq edilən…

Daha çox

Dünya Bankı ilə karbon qiymətqoyma ilə bağlı perspektiv əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Dünya Bankı (WB) arasında karbon qiymətqoyma ilə bağlı perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) istinadən xəbər verir. Məlumata görə, DVX-da Dünya Bankının “Karbon qiymətləri – Bazar Hazırlığı Tərəfdaşlığı” (PMI) üzrə dəstək missiyası ilə görüş keçirilib. Görüşdə karbon qiymətqoyma məsələləri ilə bağlı müxtəlif yanaşmalar müzakirə edilib. DVX-nin rəis müavini Samirə Musayeva yaşıl iqtisadiyyat modelinin qurulması və enerji səmərəliliyinin təmin edilməsi istiqamətində vergi sistemində həyata keçirilən islahatlar barədə məlumat verib, vergi qanunvericiliyində yer alan güzəştlər və stimullaşdırıcı mexanizmləri diqqətə çatdırıb. Bildirib…

Daha çox

Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi

Ölkənin lider mobil operatoru rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində təşəbbüslərini davam etdirir. Şirkət Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb. Layihənin məqsədi məktəbliləri rəqəmsal məkanda qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaq və onlaratəhlükəsiz onlayn vərdişləri aşılamaqdır. Təlimlərdə iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları,onlayn fırıldaqçılıq və kiberbullinqə qarşı mübarizə üsulları üzrə praktiki biliklər təqdim olunur. Beynəlxalq standartlara əsaslanan proqram Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən aparılır. İlkin mərhələdəproqram Xızı, Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəbləri əhatə edib. Ümumilikdə 250-yə yaxınməktəblinin iştirakı ilə keçən təlimlərdə…

Daha çox

“İslamofobiyaya qarşı mediada, beynəlxalq konfranslarda çıxışlarla cavab verməliyik”

“Bir neçə gün öncə Bakıda çox önəmli islamofobiya mövzusunda tədbir keçirildi”. SİA xəbər verir ki, bu sözləri deputat Tural Gəncəliyev Milli Məclisin plenar iclası zamanı deyib. O bildirib ki, özümüz buna məruz qalan xalqıq: “30 il ərzində Azərbaycanda məscidlər dağıdılmışdı. Xüsusilə də, universitetlərdə bu cür tədbirlər keçirilməsi, mediada mübarizə, saxta faktlar yayılması çox təhlükəlidir. Tarixi saxta faktlardan da istifadə etməklə müsəlmanlara nifrət yağdırırlar. Biz buna qarşı mediada, beynəlxalq konfranslarda çıxışlarla cavab verməliyik. Hər dəfə bu məsələlərlə bağlı öz etirazımızı bildirməliyik”.

Daha çox

“Laçın Beynəlxalq Hava Limanı Qarabağda inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır”

“Bildiyiniz kimi, iki gün öncə, Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olmuşdur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə qafarova Milli Məclisin plenar iclasında deyib. O bildirib ki, açılışda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan iştirak etmişlər: “Xatırladım ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır. Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru…

Daha çox

“Süfrə mədəniyyəti ilə bağlı olan sosial bağlar zəifləyir”

“Zaman dəyişir, dövlətlər dəyişir, həyat tərzləri və sosial münasibətlər də bu dəyişikliklərə uyğun olaraq təkamül keçirir. Azərbaycan xalqı əsrlər boyu qonaqpərvərliyi, ailə bağlarının güclü olması və süfrə ətrafında birgə zaman keçirmə mədəniyyəti ilə seçilmişdir”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, lakin bu gün müşahidə edirik ki, qloballaşma, texnologiyanın təsiri və xarici həyat tərzlərinin mənimsənməsi cəmiyyətimizdə mühüm dəyişikliklərə səbəb olub: “Xarici ölkələrə səfərlər, televiziyalarda yayımlanan seriallar və sosial media vasitəsilə insanlar fərqli həyat tərzləri ilə tanış olur, zamanla bu modelləri öz ailə həyatlarına tətbiq etməyə başlayırlar.…

Daha çox

Azərbaycan NATO-nun “Strateji kibermüharibə simulyasiyaları” təlimində təmsil olunub

Azərbaycan NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin rəhbər şəxslər üçün təşkil etdiyi “Strateji kibermüharibə simulyasiyaları” təlimində təmsil olunub. SİA Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bu, Xidmətin nümayəndə heyətinin iştirakı ilə mayın 27-30-da Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransı “CyCon 2025” çərçivəsində baş tutub. Tədbir çərçivəsində XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilmişdir. Görüşlərdə cari ilin 9-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və…

Daha çox