Azərbaycan Mərkəzi Bankının (AMB) Yevlax Ehtiyat və Biləsuvar Regional Mərkəzlərinə yeni rəhbər təyin edilib. SİA xəbər verir ki, bunlar, Fuad Hacıyev və Seymur Məmmədovdur. Onlar, bu vəzifələrdə müvafiq olaraq Ədalət Bayramov və Nəbi Rüstəmovu əvəzləyib. F.Hacıyev bundan əvvəl AMB-nin ləğv edilmiş Gəncə Regional Mərkəzinin, S.Məmmədov isə ləğv edilmiş Quba Regional Mərkəzinin rəhbəri olub.
Daha çoxDay: May 30, 2025
Parlament ədliyyə orqanları və icra məmurları haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib
Milli Məclis ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılması haqqında ayrı-ayrı qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, bu barədə “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək. Qüvvədə olan qanunvericiliyə görə isə müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata…
Daha çoxQarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı açıqlanıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinin genişləndirilməsi çərçivəsində Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün yarımstansiya tikilir. SİA xəbər verir ki, bu barədə “AzərEnerji” ASC sədrinin müşaviri Vüqar Əliyev “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib. Onun sözlərinə görə, paralel olaraq “Nobel Energy” şirkəti tərəfindən 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə də start verilib. V. Əliyev qeyd edib ki, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 500 MVt-a yaxın hidroenerji və 300–400 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. O…
Daha çoxMM bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklifi ilk oxunuşda qəbul edib
Milli Məclis bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklifi ilk oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində, eləcə də “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əlde edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)…
Daha çoxİyunda bəzi yerlərdə havanın orta aylıq temperaturu yüksək olacaq
Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində əksər bölgələrdə hava şəraiti əsasən yağmursuz keçsə də, lakin bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr…
Daha çoxMM yaz sessiyasında 65 qanun qəbul edib
Yaz sessiyasında Milli Məclisin 14 plenar iclası keçirilib, 65 qanun qəbul edilib. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova qanunverici orqanın yaz sessiyası üzrə bugünkü son plenar iclasın sonunda məlumat verib. Sədr başa çatan sessiya ərzində hökumətin müxtəlif strukturlarının nümayəndələrinin Milli Məclisin və komitələrin iclaslarına dəvət olunduğu, qanun layihələrinin müzakirəsi zamanı onların rəylərinin dinlənildiyi, deputatların bir sıra mülahizə və təkliflərinin də icra orqanları tərəfindən nəzərə alındığı bildirib.
Daha çoxAzərbaycanda yemiş sahələrinin sığortalanmasına başlanılıb
Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə yemiş (qovun) sahələrinin sığortalanmasına başlanılıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Aqrar Sığorta Fondunun həyata keçirilən mexanizm vasitəsilə, fermer və təsərrüfat sahibləri yemiş sahələrini çoxsaylı risklərdən qoruya bilərlər, bu zaman sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir. Azərbaycanda yemiş-qovun təqribən 5 min hektar ərazidə əkilir. Bu bitki ən çox Mil Muğan və Mərkəzi Aran regionlarında becərilir. Ölkədə yemişin ən çox əkildiyi rayon Saatlıdır. Bu rayonda əkin sahəsi 912 hektardır və ya ölkə üzrə bütün yemiş sahələrinin…
Daha çoxMilli Məclisin növbədənkənar sessiyası çağırılıb
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. SİA xəbər verir ki, bununla bağlı parlamentin deputatları spiker Sahibə Qafarovaya müraciət ediblər. Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” sənədin müzakirəsidir. Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.
Daha çoxSOCAR-da “Yükqaldırma Təlim Poliqonu”nun açılışı olub
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən “Neftqaztikinti” Trestinin Zığ tikinti-quraşdırma sahəsində qabaqcıl təcrübələrə uyğun inşa edilmiş “Yükqaldırma Təlim Poliqonu”nun açılışı keçirilib. SİA SOCAR-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Ziba Mustafayevanın iştirak etdiyi tədbirdə “Siqnalçı”, “İlməkçi” və “Takelajçı” peşələri üzrə keçiriləcək təlimlərin poliqon ərazisinə baxış keçirilib. Burada istifadə edilən kran əməliyyatları, yükqaldırıcı avadanlıqlar və digər texniki imkanlar barədə məlumat verilib və praktiki təlimlər nümayiş etdirilib. Tədbir çərçivəsində, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik və insan kapitalının inkişafı sahəsində görülən işlərdən danışılıb, yükqaldırma əməliyyatlarında təhlükəsizliyin artırılması…
Daha çoxAzərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçilib
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcəkdir. Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma…
Daha çox