Bu gün Bakı Konqres Mərkəzində Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivellanın təşkilatçılığı ilə forum keçirilib. SİA xəbər verir ki, forum ilk olaraq Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Forum çərçivəsində iştirakçılar yaşayış məkanları, şəhərlər və obyektlərin dizaynı sahəsində uzaqgörən fikirləri müzakirə etmək üçün unikal bir platformada birləşib. Tədbirin əsas məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə dizaynın gələcəkdəki rolunu yenidən müəyyənləşdirmək olub. Forumda Seranit və Zivellanın rəhbərləri öz…
Daha çoxDay: May 30, 2025
“Azərbaycan öz sözünü deyib və bu sözlərin arxasında konkret addımlarla dayanıb”
Milli Məclisin deputatı Müşfiq Məmmədlinin SİA-ya müsahibəsini təqdim edirik: – Prezident İlham Əliyevin əfvlə bağlı sərəncamları xüsusi olaraq bayramlarda baş tutur. Valideynlərin hissləri və sərəncam haqqında nə deyə bilərsiniz? – Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin XX əsrdə bərpası və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz rolu olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin təməli möhkəmləndirildi və müstəqilliyimiz əbədi oldu. Bugünkü müstəqil Azərbaycanın sosial-siyasi həyatında xüsusi yer tutan amnistiya aktlarının tətbiqi də, məhz bu siyasətin bir davamı kimi qiymətləndirilə bilər. Xatırlatmaq istərdim ki, müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin…
Daha çox“Azərbaycan mətbuatı əhəmiyyətli nailiyyətlər əldə edib”
“2025-ci il Azərbaycan milli mətbuatının 150 illik yubileyi kimi qeyd olunur. Bu əlamətdar hadisə, təkcə tarixə nəzər salmaq deyil, eyni zamanda müasir dövrdə milli mətbuatımızın qazandığı uğurları da dəyərləndirmək baxımından mühüm fürsətdir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzetindən başlanan bu yol, bu gün rəqəmsal platformalarda, onlayn media resurslarında və müxtəlif informasiya kanallarında uğurla davam etdirilir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan mətbuatı bir sıra sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edib. İlk növbədə, medianın hüquqi əsaslarının möhkəmləndirilməsi sahəsində mühüm…
Daha çoxTürkiyənin tanınmış “Seranit” və “Zivella” markaları Bakıda forum keçirib
Bu gün Bakı Konqres Mərkəzində Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı brendlərindən biri olan Zivellanın təşkilatçılığı ilə InVision Design Talks & Visionary Design Forum tədbiri keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnlərinin səslənməsi ilə başlayıb, daha sonra Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir 13:00-dan 18:30-dək davam edib və memarlıq, sənaye dizaynı və şəhərsalma sahələrinin aparıcı nümayəndələrini bir araya gətirib. Forum çərçivəsində iştirakçılar yaşayış məkanları, şəhərlər və obyektlərin dizaynı sahəsində uzaqgörən fikirləri müzakirə etmək üçün unikal platformada…
Daha çoxMM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) 2. Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi 3. Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 4. Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat…
Daha çox“Təhlükəsizliyi artırmaq üçün istifadəçi rahatlığını qurban verməlidir”
“Elektron pullar, bank hesabları və ödəniş kartlarında yerləşən vəsaitlərin təhlükəsizliyi məsələləri bir-birinə yaxın və oxşar prinsiplərə əsaslanır. Bu sahədə əsas diqqət yetirilməli məsələ, ilk növbədə, şifrələrin istifadəsidir. Sadə və asan təxmin edilə bilən şifrələr əvəzinə daha mürəkkəb və çətin qırıla bilən şifrələrin seçilməsi vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib. Onun sözlərinə görə, ümumi prinsip ondan ibarətdir ki, təhlükəsizliklə rahatlıq arasında müəyyən kompromis mövcuddur: “Yəni istifadəçi rahatlığını artırdığı zaman, müəyyən qədər təhlükəsizlikdən güzəştə gedilmiş olur və nəticədə risklər də artır. Əksinə, daha yüksək təhlükəsizlik təmin etmək üçün müəyyən…
Daha çoxAzad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər
Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. Onun sözlərinə görə, Qarabağa qayıdan seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmamasına çalışmaq lazımdır: “Seçki məntəqələri ilə bağlı daimi ünvan verilməsi nəzarətdə saxlanmalıdır. Qarabağa köçən sakinlərin sayı siyahıda səhvlik etməyimizə əsas vermir. Biz azad olunmuş ərazilərə köçən şəxslərin adınən həm buradakı, həm də oradakı siyahıda olmamasına çalışmalıyıq. Çünki həmin ərazilərdə seçki məntəqələrini də tam bərpa edə bilərik”.
Daha çox“Uşaqlara göstərilən diqqət və qayğı cəmiyyətimizin gələcəyinə qoyulan sərmayədir”
“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təkcə təqvimdə qeyd olunan bir gün deyil. Bu tarix, eyni zamanda, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğının, həyata keçirilən siyasətin real nəticələrinin bir güzgüsü, bir təhlil və hesabat günüdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Bu gün Azərbaycan dövləti uşaqlara yalnız gələcəyin vətəndaşı kimi deyil, bugünün dəyəri və cəmiyyətin əsas prioriteti kimi yanaşır. Bu yanaşma qanunvericilik bazasında da aydın əksini tapmışdır. Uşaqların təhsil hüququnun, sağlamlıq hüququnun,…
Daha çoxAzərbaycanda kafe və restoranların sertifikatlaşdırılması təklif olunur
Azərbaycanda kafe və restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması həyata keçirilə bilər. SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən media təqdimat zamanı bildirib. Onun sözlərinə görə, restoranlar, kafelər və ümumilikdə iaşə obyektləri ölkədə qastronomiya turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: “Dövlət Turizm Agentliyinin məqsədi restoran və kafelərin turizm obyektləri kimi fəaliyyətinin stimullaşdırılması, bu sahədə nəzarətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın təmin olunmasıdır. Bu istiqamətdə aidiyyəti assosiasiyaların yaradılması, iaşə obyektlərinin Agentlik tərəfindən təşkil olunan tədbirlərdə iştirakı və inteqrasiyası nəzərdə tutulur”. A. Hüseynova əlavə edib…
Daha çoxNATO-dan geri addım?
Kelloqq Alyansın Rusiya sərhədlərinə qədər genişlənməsini dayandırmağa hazır olduğunu açıqlayıb ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq NATO-nun şərqə doğru genişlənməsi məsələsinə toxunaraq deyib ki, proses dayandırıla bilər. Bununla belə, Kelloq əlavə edib ki, son qərarı ABŞ prezidenti Donald Tramp verir. “Rusiya hakimiyyəti üçün bu, təhlükəsizlik məsələsidir”, – xüsusi nümayəndə ABC News-da bildirib. Xüsusi nümayəndə Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını ədalətli narahatlıq adlandırıb. Eyni zamanda, Ukraynanın alyansa qoşulması məsələsi də müzakirə olunmur. ABŞ-ın mövqeyini NATO üzvü olan ən azı dörd digər ölkə bölüşür. Cənab Kelloq hansıların olduğunu dəqiqləşdirməyib.…
Daha çox