Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilibi ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi…
Daha çoxDay: May 30, 2025
Maqnit qasırğası ilə bağlı daha bir XƏBƏRDARLIQ
Təəssüf ki, gün ərzində aktivliyin bir neçə dəfə azalmasına və bununla bağlı qlobal vəziyyətin sabitləşməsi gözləntilərinə baxmayaraq, əslində bu gün Bakı vaxtı ilə səhər saat 4-də başlayan maqnit qasırğası bir dəfə də kəsilməyib və artıq 17 saatdan artıqdır ki, dayanmadan davam edir. SİA xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun mətbuat xidməti məlumat yayıb. Alimlər əlavə ediblər ki, hazırda fırtına göstəriciləri orta səviyyəyə yaxındır. Gün ərzində günəş aktivliyinin pik nöqtələrinin təkrar olunmayacağı gözlənilir: “Bütün istəklərə baxmayaraq, hər iki…
Daha çoxMalayziya nəşrlərində Azərbaycandakı “Konstitusiya və Suverenlik İli” barədə məqalə dərc olunub
Malayziyanın nüfuzlu “Astro Awani” və “New Straits Times” qəzetlərində “Birləşmiş Millətlər əxlaqı” sərlövhəli məqalə dərc olunub. SİA xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanovun müəllifi olduğu məqalədə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyətini oxucuya izah edilir. Məqalədə bəşəriyyətin yaranmasından bəri normalara duyulan ehtiyacın səbəbləri, tarix boyu mədəniyyət və siyasi fikir sahələrinin inkişafı kontekstində hamı üçün məqbul olan “ümumi xeyir” anlayışının mənimsənilməsinin əhəmiyyəti, normalara riayət olunmamasının vahiməli nəticələri, Millətlər Cəmiyyətinin yaradılmasının səbəbləri, BMT Nizamnaməsinin əhəmiyyəti, beynəlxalq hüquqda “suveren bərabərlik”…
Daha çoxQlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq
BMT-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlara əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və cəmiyyət, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq. SİA xəbər verir ki, 2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin qlobal illik orta səth temperaturunun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərə nisbətən 1,2–1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də…
Daha çoxSakit okeanda iki zəlzələ baş verdi
Cənubi Kuril adaları sahillərində iki zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədəYujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib. “Mayın 30-na keçən gecə Sakit okeanda 4,8 və 4,6 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanların episentrləri İturup adasının cənub-şərqində yerləşib”, – stansiya rəisi bildirib. Semenova əlavə edib ki, yeraltı təkanların hiss olunması barədə məlumat yoxdur.
Daha çoxCeki Çan qara kəmər aldı
Məşhur aktyor Ceki Çan karate üzrə qara kəmər ilə təltif olunub. SİA xəbər verir ki, bu haqda Dünya Karate Federasiyası məlumat yayıb. Tədbir Nyu-Yorkda “The Karate Kid: Legends”in tanıtımı çərçivəsində baş tutub. Aktyora qara kəməri Federasiyanın baş katibi Toşihisa Naqura təqdim edib.
Daha çoxPakistan və Əfqanıstan arasında hərbi toqquşma başladı
Əfqanıstan və Pakistan arasında Hilmənd əyalətində döyüşlər başlayıb. SİA xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. “Pakistan tərəfində yeni sərhəd-keçid məntəqələrinin tikintisi fonunda Əfqanıstanın Hilmənd əyalətinin sərhədi boyunca Pakistan qoşunları ilə Taliban arasında toqquşmalar baş verib”, – məlumatda deyilir.
Daha çoxBrüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
Azərbaycanın Belçika Krallığındakı səfirliyində 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, rəsmi qəbulda Belçika XİN-in və Avropa İttifaqının nümayəndələri, Brüsseldəki diplomatik korpusun üzvləri, elm və incəsənət xadimləri, media nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirdə Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov çıxış edərək müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən oğullarının fədakarlığından danışıb. Səfir geostrateji gərginlik və beynəlxalq nizamın parçalanması fonunda Azərbaycanın etibarlı və…
Daha çoxHusilər israilin hava limanı yenə vurdular
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Təl-Əvivin Ben Qurion hava limanına yeni hücum edib. SİA xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın “Telegram”kanalında dərc olunmuş məlumatda deyilir. Məlumatda hücumun hipersəs sürətli ballistik raket vasitəsilə həyata keçirildiyi bildirilib və “əməliyyatın məqsədinə nail olunduğu” qeyd olunub.
Daha çoxTramp üçün dərs..?
Əsas amil Avropa İttifaqı ilə ABŞ arasında əməkdaşlıqdır… …ABŞ prezidenti Donald Tramp 1995-ci ildə Deyton Sülh Sazişinin imzalandığı zaman Balkanlarda müharibəyə son qoymaqla bağlı ABŞ təcrübəsindən çox şey öyrənə bilərdi, bəli, bilərdi, amma… SİA-nın məlumatına görə, bu barədə Atlantic Council yazır. …Əgər Tramp həqiqətən də Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq istəyirsə, o, Serbiya lideri Slobodan Miloşeviçi qanı dayandırmağa necə vadar etdiyini öyrənməlidir. …Əsas dərs ondan ibarətdir ki, sülhə nail olmaq ABŞ-ın Avropa ilə sıx əməkdaşlıqda qətiyyətli və əlaqələndirilmiş rəhbərliyini tələb edir. 1995-ci ildə intensiv danışıqlar…
Daha çox